
Musika:Ələkbər Tağıyev
Söz:Səməd Vurğun
Çox keçmişəm bu dağlardan,
Durnagözlü bulaqlardan.
Eşitmişəm yaxınlardan,uzaqlardan
Sakit axan Arazları, Azərbaycan!
Sınamışam dostu,yarı, Azərbaycan!
Azərbaycan,Azərbaycan,Azərbaycan!
Durnagözlü bulaqlardan.
Eşitmişəm yaxınlardan,uzaqlardan
Sakit axan Arazları, Azərbaycan!
Sınamışam dostu,yarı, Azərbaycan!
Azərbaycan,Azərbaycan,Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana
Hansı səmtə, hansı yana,
Hey uçsam da yuvam sənsən, Azərbaycan!
Elim, günüm, obam sənsən, Azərbaycan !
Azərbaycan, Azərbaycan, Azərbaycan !
Odur ki, bağlıyam sana
Hansı səmtə, hansı yana,
Hey uçsam da yuvam sənsən, Azərbaycan!
Elim, günüm, obam sənsən, Azərbaycan !
Azərbaycan, Azərbaycan, Azərbaycan !