Şəki... Xan sarayı..:
Neçə insanın yaralı fəryadı,
                   Yanıqlı harayı
Titrətdi bu binanın
                 divarını, daşını.
Küləklər quruda bilmədi
                   anaların göz yaşını.
Şəki... Xan sarayı..:
                   uzaq illərin yadigarı.

Rənglərin düzümü,
                    boyaların çaları
Oxşadı xanın gözlərini,
                     ruhunu;
Lakin zaman verdi hökmünü,
Çatdı onun hökmünün sonu.
Dünyadan köçdü xan.
Əsər qalmadı əmrindən, fərmanından.
Pozuldu sarayını dəbdəbəsi.
Nə qətl mərasimi var,
Nə cəh - cəh vuran bülbül səsi.
hamısı ölüb gedib;
Yaşayan bir şey var:
                           Sənət!
Ustanın divarlarda, tağlarda
Ürəklə yaratdığı əbədi şeiriyyət!
Powered by OrdaSoft!