Çəkil duman, çəkil həmən,

Zirvələrə bayraq gəlir!
Ayaqdadır düşmən gömən,
İndi başqa növraq gəlir.

Çəkil duman, çəkil həmən,
Qartallarım yağı gəzir.
Şimşək kimi odur enən,
Yol, irizdə düşmən əzir!

Çəkil duman, çəkil həmən,
Həsrət qalan gözlər doysun.
Ordum gəlir, qisas əmən,
Laçın duysun, Şuşa duysun!

Çəkil duman, çəkil həmən,
Qarabağdan nigaranıq.
Bir söylədim, bir də deməm,
Biz uluyuq, biz Turanıq!