Musika:Ələkbər Tağıyev
Söz:Səməd Vurğun
 
 
Çox keçmişəm bu dağlardan,
Durnagözlü bulaqlardan.
Eşitmişəm yaxınlardan,uzaqlardan 
Sakit axan Arazları, Azərbaycan!
Sınamışam dostu,yarı, Azərbaycan!
Azərbaycan,Azərbaycan,Azərbaycan!
 
 
Mən bir uşaq,sən bir ana,
Odur ki,bağlıyam sana 
Hansı səmtə,hansı yana,
Hey uçsam da yuvam sənsən, Azərbaycan!
Elim,günüm, obam sənsən, Azərbaycan !
Azərbaycan,Azərbaycan,Azərbaycan !