Mus:Faid Sücəddinov
Söz: Cabir Novruz
 
 
Mənim tarixim var,mənim elim var,
Mənim şöhrətim var,mənim dilim var.
Odlar yurdunun öz övladıyam mən 
Əbədi nəğməmsən,sevimli Vətən
 
Nəq:

Azərbaycanım, nəfəsim,canım 
Sənə bağlıyam,qarabağlıyam
Təbrizliyım mən...

Qədim bir xalqın, odlu nəfəsiyəm mən.
Mənim keçmişim var. mənim bu günüm,
Nə qədər niskilim, toyum,düyünüm
Bütün varlığımla torpağa bağlı,
Təbrizə,Dərbəndə, Qarabağa bağlı.