Biri var idi biri yox idi. Kəndə yaxın çəməndə bir kəklik və bir durna yaşayırdı.

     Onlar qonşu olduqlarına görə dostluq etməyə çalışardılar. Günlərin bir günü tülkü çəməndə qonşusu leyləyə rast gəlir. Leyləyə salam verir. Bir qədər söhbət edəndən sonra tülkünün ağlına leyləyi yeməyə dəvət etmək gəlir. Yemək vaxtı çoxlu söhbət etməyi təklif edir. Leylək isə bu dəvəti qəbul edir. Tülkü hazırlıqlar görür və axşam leylək qapını döyüb içəri keçir. Tülkü qabları masanın üstünə düzüb leyləyi süfrə arxasına dəvət edir. Özü iştahla dayaz qabından bütün yeməyini yeyib qurtarır. Bu vaxtda isə leylək dayaz qabdan yeməyə çətinlik çəkir. Dimdiyi uzun olduğundan nə qədər çalışsa da yeməyi  ağzına qoya bilmir. Sonda leylək ac qalır və bütün bunların tülkü tərəfindən qəsdən olunduğunu tülkünün hiyləgər gülüşündən başa düşür. Leylək tülkünü qonaqpərvərliyinə görə təşəkkür edir və onu növbəti gün axşam öz evində qonaq görmək istədiyini bildirir. Tülkü məmnuniyyətlə dəvəti qəbul edir. Növbəti axşam tülkü leyləyin evinə təşrif buyurur. İçəri keçəndə yeməyin iştah gətirən iyini hiss edir və süfrə arxasına oturur.  Amma bu dəfə leylək özünə uyğun qablarda yeməyi qoymuşdu. Belə ki, boğazı cox dar olan uzun qablar leyləyin dimdiyi üçün cox uyğun idi. Bu zaman tülkü  yeməyi yeməkdə çətinlik cəkir, burnunu bogazı dar olan bu qaba yerləşdirə bilmirdi. Sonunda tülkü qarnını doyuzdura bilmədən  ac qalır. Leyləyə dünən etdiyi pislik yadına düşür və bu hərəkətindən peşman olur. Öz qazdığı quyuya özü düşdüyünü etiraf edir.

     Göydən üç almaq düşdü. Biri mənim, biri özümün, biri də nağıl danışanın.