Qafqaz şəhərlərinin birində usta Zeynal adlı bir sərrac öz arvadı Şərəfnisə ilə yaşayırdı. Usta Zeynal sərraclıq etməklə külfətini bir tövr dolandırardı. 
    Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. Tutu çox qara və çirkin idi. Anası ona körpə vaxtından "Qaraca qız" deyib əzizlədiyinə görə əsil adı unudulub, hər kəs onu bu adla çağırardı. Qaraca qız çox nadinc idi və özü qız uşaqı ikən qızlarla oynamağı sevməzdi; həmişə oğlan uşaqları ilə oynardı. Uşaqlar Qaraca qızdan qorxardılar, çünki o çox cürətli idi və yumruğunun da qabağında heç kəs dura bilməzdi.
    Bununla belə, Qaraca qız çox rəhmdil və səxavətli qız idi. Hər nə əlinə düşsəydi yoldaşları ilə bölüşərdi.

    Usta Zeynal yaşadığı şəhərdə tez-tez zəlzələ olardı. 
    Bir qış həmin şəhərdə böyük zəlzələ olub çox ev uçurtdu. Zəlzələ gecə yarısı, xalq şirin yuxuda ikən ittifaq düşdüyünə görə çox adam çökmüş evlərin altında qalıb tələf oldu. Səhər açıldıqda ətrafdan xalq tökülüb şəhər köməyə gəldi. Kömək edənlər bir qız da tapdılar. Bu qız həmin Qaraca qız idi.
    Zəlzələdən iki gün qabaq, bir dəstə qaraçı bu şəhərin kənarında çadır qurub düşmüşdü. O dəstədən bir qaraçı arvadının Qaraca qıza yazığı gəlib çadırlarına apardı və orada ona yemək və paltar verib ocağın qırağında oturtdu. Qaraçılar Qaraca qızın yetim qalmağını və onun heç bir kəsi olmayıb qərib olduğunu bilib, öz yanlarında saxlamağa məcbur qaldılar. 
    Xasiyyətinin yaxşılığına görə Yasəməni hamı sevərdi; amma onun əri Yusifi heç kəs sevməzdi, çünki o, çox bədxasiyyət, tündməcaz, zalım bir şəxs idi. Yasəmən qaval çalıb oxumaq və oynamaq ilə pul qazanıb dəstəyə çox mənfəət verərdi. Onun əri Yusif də qapı-qapı gəzib ayı oynadardı. 
   Qaraca qızın təbiətində inadçılıq vardı. Bu xasiyyətinə görə Yusifdən nə qədər kötək yeyirdisə də, yenə tərsliyindən əl götürməzdi. Qaraca qız ancaq Yasəmənin sözündən çıxmazdı, çünki Yasəmən onunla mehriban dolandırdı.

     İki ildən artıq idi ki, Qaraca qız qaraçı dəstəsində yaşayıb, mahnı oxumağı və oynamağı ilə ətrafda məşhur olmuşdu. 

     Bir gün Yusif sərxoş olarkən ayı qaçdı. Yusif və Qaraca ayını axtararaq meşəyə getdilər. Axırda gəlib ayını tapdılar. Ayı zənciriylə ağaca dolaşıb dartınır və bağırırdı. Yusif ona çatan kimi hirsindən və acığından ayını azad etmədən əvvəl, əlindəki ağac ilə onu döyməyə başladı. Ayının bağırtısı meşəni başına götürmüşdü. Axırda ayı dartınıb xaltanı başından çıxartdı və ildırım kimi özünü Yusifin üstünə atdı. Bir dəqiqə keçmədi ki, qızmış ayı sahibini parçaladı. Həmin vaxt meşədə bəylər ov edirdilər. Qızmış ayını öldürən bəylər Qaraca qızı tapdılar. Bəylərdən Hüseynqulu ağa bildirdi kiü, onu özü götrəcək.

     Bəylər buna razı oldular. Hüseynqulu ağa qızı nökərlərinə tapşırdı.  Qaraca qız özünə gəlib yol uzunu başına gələn əhvalatı ala-yarımçıq nağıl etdi. Hüseynqulu ağa onun atasız yetim olduğunu eşidib dedi:
   - Çox gözəl oldu, indi heç kəs qızı məndən ala bilməz.
     

     Hüseynqulu ağa qızı bağban Piri babanın ixtiyarına verdi.
      Hüseynqulu ağanın malikanəsində qalan Qaraca qız işləyərkən tez-tez nəğmə oxuyur və rəqs edirdi. Tez bir zamanda Qaraca qız Hüseynqulu ağanın qızı Ağca ilə dostlaşdı və onların dostluğu günü-gündən möhkəmləndi. Amma Ağcanın anası onların bu dostluğuna qarşı çıxır, Qaraca qızın öz qızına tay olmadığını bildirirdi. Günlərin bir günü belə mübahisələrin birində, Ağca evdən qaçır. Qaraca qız onun arxasınca qaçır. Amma zəhərli bir ilan atılıb Ağca xanımın çılpaq qolundan sancır. Ağca xanım qışqırıb özünü mürəbbiyəsinin üstünə atdı. Bunun qışqırığına anası və xidmətçilər töküldülər.

     Həyətə çatdıqda gördü ki, Ağca xanımın biləyidən qan axır və Pəricahan xanım da ağlayaraq xidmətçilərə yalvarır: 
   - Aman, sizə qurban olum. Tezcə bir Ağcanın yarasını sorub, ilanın zəhərini yerə tökünüz. 
     Lakin heç kəs bu qorxulu işə cürət edib qədəm qoymurdu.
     Qaraca qız Pəricahan xanımdan bunu eşitcək Ağca xanımın qolundan zəhəri sorub yerə tökməyə başladı.

     Öz dostunu xilas edən Qaraca qız artıq  zəhərlənmişdi. Piri baba onu xilas etmək niyyətiylə tez-tez ayran verirdi. Lakin Qaraca qızın dişinin dibi qanadığı üçün yaranı sorduqda zəhər tüpürcəklə onun qanına yerimişdi. Bununla belə, Piri baba Qaraca qızdan ümidini kəsməmişdi. Lakin öz canına özgə uğrunda fəda etmiş qızcığazın həyatı bitmək üzrə idi.

     Piri baba daxmanın qapısını açıb Qaraca qızın başı tərəfində oturdu. Sonsuz qoca Qaraca qıza artıq dərəcədə məhəbbət bağlamışdı. Qaraca qız onun əski komasına yeni bir həyat, yeni bir şölə gətirmişdi. İndi o şölə sönür. Ona da səbəb tam uşaqlığından zülmünü çəkdiyi ağaları olmuşdu. 
     Qaraca qız qan ilə dolmuş gözlərini açdı, axır nəfəsində günəşin şəfəqi bir müddət baxdı, sonra gülümsündü, gözlərini yenə yumdu. Qaraca qız öldü!... 
   - Daxmanın bülbülü uçub getdi, - deyə Piri baba göz yaşı tökdü.