Əhmədov Əmin Mütəllib oğlu – tənqidçi, ədəbiyyatşünas, şair, 1934-cü ildən AYB-nın üzvü.
      1898-ci ildə Bakıda anadan olmuşdur. Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919-1926). 1919-cu ildə Azərbaycana qayıtmış, ADU-da çalışmışdır.
     «Azərbaycan türklərinin ədəbiyyat tarixi», «Türk ədəbiyyatında bayatı-mani növü», «Bayatının türk xalqları ədəbiyyatında mövqeyi», «Azərbaycan ədəbiyyatının qədim abidələrindən» monoqrafik əsərlərin, eyni zamanda «Kitabi-Dədə Qorqudun mətni haqqında məlumat», «XVII əsr Azərbaycan ədəbiyyatı», «Ədəbiyyatımızın tarixində Sabirin mövqeyi», «Mirzə Şəbi haqqında yapılan tədqiqlərə bir baxış», «Türk el ədəbiyyatına elmi bir baxış («Oğuznamə») kimi milli ədəbiyyatşünaslıq, folklor və mətbuat tarixi haqqında onlarla məqalələri alimin zəngin irs yaratdığını sübut edir. Onun ədəbi-tənqidi və elmi irsi Azərbaycan ədəbiyyatşünaslığının yaranmasında mühüm mərhələ təşkil edir.
      1937-ci l cəza tədbirlərinin qurbanı olmuşdur.