Sürünmüsən iki əsr,

Ovladların əsir-yesir,
Nə qəm, adın çəkiləndə
Yad hələ də zağ-zağ əsir?..

Gecə-gündüz səngərdəsən,
Sən yaralı, sən yarımcan.
Ovamla sıx yaranı sən,
Qalx ayağa, Azərbaycan!

Sən can dedin, çor dedilər.
Haqqını basıb yedilər.
Pak, müqəddes torpağını
Parçalayıb çeynədilər.
O qurdlara sən vermə can,
Qalx ayağa, Azərbaycan!

Səngəri gən, ürəyi dar
Gör nə qədər düşmənin var.
Mini gizli, beşi aşkar
Dişi qanlı canavarlar
Əl çəkəcək səndən haçan?
Qalx ayağa, Azərbaycan!

Qaranlığın bağrında xal –
Od kürəsi necə tonqal.
Besdir hava uddun... indi
Alovlarla sən nəfəs al.
Gecələrin laləzarı
Odlar teki qalxıb ucal!
Çınqılarmı, tüstülərmi,
Ya özünsən qanad açan?
Səməndərsən, Prometeysən –
Qalx ayağa, Azərbaycan!

Bu meydanın dörd yanı tank,
Sən tank ara qocaman dağ.
O eybəcər tırtılları,
O zirehi... alovvarı
Pak nəfəsin yandıracaq!
Bu gün bəxtin öz əlində,
Eraların özülündə
Ey əbədi yanar ocaq!
Şıımerəcən, Oderəcən
Ey şöləsi göynən uçan!
Qalx ayağa, Azərbaycan!

Kim çağırdı o tankları,
Tanı yurdu satanları!
Atıb yurdu, alıb xalqı
Yalnız rütbə tutanları!
Hüzuruna çıxa bilmir
Kömürdən də üzüqara.
Papağını təhvil versin
Kişi ruhlu qadınlara.
Ey dostundan uzaq düşüb,
Düşmənini bəzən qucan,
Seç qaradan ağı, ayır,
Qalx ayağa, Azerbaycan!

Aləm bilir, sən nə qədər
İstiqanlı, mehribansan.
Güllərini dosta, yada
Bəxş eləyən gülüstansan.
Bu sahildə Odlar yurdu,
O sahildə Türküstansan.
Müsəlmanlıq sedlərinə
Sığışmayan müsəlmansan.
Xaçperəst də, buddaçı da
Üzündəki nura heyran.
Sevir türkü altı qitə
Sevməyənlər türkə qurban.
Ey qaranlıq gecələrdə
Ülkər kimi oyaq qalan,
Daş asfaltdan, yaş asfaltdan
Antey kimi qüvvet alan,
İldırımdan sürət alan,
Qasırğadan cürət alan,
Yandırdığı ocaqlar tək
Bu dünyaya şölə saçan!
Qalx ayağa, Azerbaycan!

Necin şeirim sona yetmir?
Çünki qanlı bir ümmansan.
Əsrlərin arxasında
Tomris - dişi bir aslansan.
Keyxosrovlar qılıncını
Qırıb atan pəhləvansan.
Günəş dadı, Şah Xətayi,
Ulu Babək, Cavidansan,
Yazıb inək dərisinə
“Avesta”nı, yaşadansan.
Qoşqarından ayrı düşən
Oaflankuhsan, Savalansan.
Asimanlar genişlənər,
Bir gün qalxıb havalansan.
Evvəl-axır susacaqdır
Zingildəyən, donquldayan.
Karvanını saxlayammaz
Nə "ov", "zadə", nə "pur3", nə "yan'
Beş qitəyə nurun əyan,
Haqqın özü sənə hayan.
Suyu şərbət, daşı mərcan -
Qalx ayağa, Azerbaycan!

Göz yaşını silib oxşa,
Ağlamasın nalan balan,
Yığ, birləşdir, yaraqlandır!
-Her nəfəri doyuş qalan.
Təbriz səda verir sənə,
Susmayacaq darda qalan.
Dayansın neft kəmərlərin,
Saxla, bilsin qarə, talan.
Can şəhidini kimə verir
Bakın, Makim, Zaqatalan?
Var-yoxunu yerli-dibli
Səndən xüms, zəkat alan
Əl çəkəcək səndən haçan?
Qalx ayağa, Azərbaycan!

Dəmir-beton qapıları
Tay-tay açan, şölə saçan
Yer titrdən, göy gurladan,
Ulduzları öpüb qucan,
Nə yaralı, nə yarımcan,
Bizə nəfəs, bəşərə can –
Qalx ayağa, AZƏRBAYCAN!