Qaçaq Nəbi Yelizavetpol quberniyası Zəngəzur qəzasının Aşağı Mollu kəndində anadan olmuşdur.Gənc ikən bəyə qarşı çıxdığına görə həbs edilmiş,həbsxanadan qaçdıqdan sonra qaçaq dəstəsi yaradaraq bəyərə və çar çinovniklərinə qarşı mübarizə aparmışdır.Onun ən yaxın silahdaşı igidlikdə Nəbidən geri qalmayan Həcər olmuşdur.Qaçaq Nəbi 1896-cı ildə Kərbəladan qayıdarkən İranda xaincəsinə öldürülmüşdür.Xalq Qaçaq Nəbi haqqında dastan yaratmış.mahnılar qoşmuşdur.

                NƏBİNİN  ƏRİZƏ  QAYASI

     Kəlbəcərin Qaraçanlı dağlarında bir qaya var.Adına “Ərizə qayası”deyərlər.Qayanın əsl adı “Nəbinin ərizə qayası”dır.

     Qaçaq Nəbi öz Həcəri və başının dəstəsi ilə “Ərizə qayası”nda kəndlilərin şikayətlərinə qulaq asırmış.Hamı dərdini deyir,amma iri gövdəli,qalın bığlı bir kişi aralıda dayanıb,başını yerə dikib durur.Nəbi deyir:

     -A kişi yaxın gəl,sənin dərdin nədir?

     Kişi deyir:

     -Başına dönüm, ay Nəbi.utanıram sözü deməyə.Mənim evim kəntxudanın qonşuluğundadır.Hər gün arvadım kəndxudanın çəpərinin yanından keçib su gətirməyə gedir.Hər dəfə kəndxuda arvadımı görüb deyir:”Sən gərək bu gözəlliklə kəndxuda arvadı olmayaydın”.Çarə ona qalıb ki,kəndxudnı öldürəm.

     Nəbi deyir:

     -Kişi.get,gələn cümə məni sizin Zar kəndinin üstündəki Keyti dağında,”Yazılı qaya”nın  yanında gözlə...

     Kişi cümə günü yazılı qayanın yanına gələndə gözlərinə inanmadı.Nəbidən başqa ,kəndin mötəbər adamları da,onun arvadı da burada idi.Nəbi kəndxudaya əmr etdi ki,ortaya çıxsın.Nəbi qəzəblə dedi:

     -Sən bu kişinin arvadına deyirsən ki,Gərək sən kəndxuda arvadı olaydın.Bu gündən o sənin yerinə kəndudadır.

     Nəbi cəza olaraq köhnə kəndxudanın bığlarını kəsir.Təzə kəndxudaya deyir:

     -Sən bundan ibrət al,ədalətli ol.camaatla yaxşı dolan.O,bığını bada verdi,sən isə başını itirərsən.

Goburnat, naçalnik gelib saymadı,
Düşmenin qanından içti doymadı
Zalımdan qısası aldı, qoymadı
Ağlaram haline ay Qaçaq Nebi,
Arvadı özünden ay qoçaq Nebi.

Yağılar elinden düşüptü qaçaq
Kardaşı Mehdi'dir özünden qoçaq
Ağalar elinden oluptu naçar
Ağlaram haline ay Qaçaq Nebi
Arvadı özünden ay qoçaq Nebi.

Dağ çektin koxaya, hampaya, xana
Derdine analar ağlaya, yana
Cemi iğitlerin gire meydana
Ağlaram haline ay Qaçaq Nebi
Arvadı özünden ay qoçaq Nebi.