Əsən yellər içində,
coşan sellər içində,
açan güllər içində,
tək səni axtarıram.

Gözəllər arasında,
ağında, qarasında,
könlümün yarasında,
tək səni axtarıram.

hicranın yolu ağır,
Başımdan odlar çaxır.
Səslən, Adili çağır
Tək səni axtarıram.