Yeni fransız şairlərindən bulunan Fransua Kopenin külliyyati- şeriyyəsi miyamnda gözəl bir menzume vardır ki, ünvanı “Müste- bid və merqədi-şair”dir. Bumanzuməde Fransua Kope hekayə ediyor ki, istibdadı ile məşhur türk va tatar cahangiri Teymurlong Tus şeho- rini zabt etdiyi zaman Firdovsinin namına hörmətən oraya düxuli- asakirina mən edib özü da cahan şairi-ozəmin qəbrini ziyaroto getdi. Teymur sadə qebri ziyaratla iktifa edəmayib, bir da qobrin daxili va şairin üzami-pakı nə halda bulunduğunu reyül-eyn müşahida etmak istadiy indən qəbrin açılmasını əmr etdi. Hökmdarm bu omri uzarına qabrinin üzərindən mazar daşım raf etdilar. Qəbir açıldı va Teymu- run gördüyü orada dilara bir menzereyi-behişt oldu. Çünki qabrin dəruni rangin və nurefşa olan güllerle, lalalarla, nəsrinlərla ləbaləb olub, bunlar derhal etrafa yayılmağa, dağılmağa başladı va bütün civan rövşen ve müzeyyen qıldı!..

İran şairinin deruni-mazan böylədir. Türk hökmdannın müşahida etmiş olduğu budur, fîrang hekayenevisinin tarifi bu yoldadır... Siz bu hekayeni bir efsanemi edd ediyorsunuz?.. Xeyr, xeyr, bu efsane deyildir! Ve efsane olmadığını siz de görecaksİniz, tesdiq edecek­siniz, qeribən beş-on ilin içinde görüb tesdiq edəcəksiniz!.. Bu güno qədar bütün İran ne idi, ezim, vase bir qobir deyilmi idi? Əvot, cahani-medeniyyetin ortasında azim bir şüera vo ülama qəbri idi, o qəbrin üzerine mütleqiyyetdən, idareyi-keyfıyyadan, istibdad ve bidaddan ibaret ağır bir sengi-mezar vez edilmiş idi. Bir-iki esrden ziyadedir ki, oradan alemi-medeniyyetin guşine bir ses, bir sada gel­miyordu, beşeriyyeti müstefid edacak bir şey görünmüyordu, na şeir ve edobiyyatdan, ne keşfiyyati-elmiyyeden, ne ixtiraati-senaiyya- den bir eser müşahide olunmuyordu! Guya alemi-islamın modari- fəxri olan bunca şairler, alimler bu yerde gelmemiş idi. Guya Firdovsiler, Sediler, Ollamoler, Xacə Nesir Tusiler burada zühur etmemişlerdi.

Demek olar ki, İranda Şah Abbas Sefevi, daha doğrusu, Nadir şah dövründen sonra hayatın hay-küy velvelesi sükut ve sükunete, medoniyyetin cünbiş ve hereketi etalete, betalete münqelib oldu. Medeniyyetden bir eser, bir nişane qalmadı, her şey öldü. Bütün memleket tedricen bir mezar halını aldı. Lakin bir mezar ki, Pişda- diyan, Keyaniyan, Sasaniyan mezarıdır, orada “hem e morde ez ruzigare-deraz”1 - Cemşidlor, Firidunlar, Kavuslar, Kiruslar, Rüs- təmlər, Daralar, Bohramlar, Nuşirovanlar mədfıindur, orada Sultan Mahmudlar, Molikşahlar, Şah Abbaslar, Firdovsilər, Ənvərilər, Xoy- yamlar, Hafizlər yatıyor... Əvət, İrani-ozim bir ölü qebir olmuş idi. Bir qəbir ki, vəhşətəngiz idi. Onun vəhşəti dirilerə, daha doğrusu, nimzindələrə xövf və dəhşət ilqa ediyor idi, qorxuduyordu, vətən- dən fərarə mocbur ediyordu, insanlar başlarını götürüb diyari- qürbətə can atıyorlar idi. Dərbədər düşüyorlar, pərişan oluyorlar idi!.. Bu surotle, əlli-altmış milyon nüfusu mürəffəhən iaşəyə qabil olan bir ölkədə haqsızlıq, nizamsızlıq, adaletsizlik, cəhlü cəhalət üzündən yeddi-sokkiz milyon adam yaşayor, ya yaşamıyor!.. Yaşa­yanlar da min zilletle yaşayorlar, zülmet içində, zülm altında kimi ac, kimi çılpaq, kimi xəsto, kimi sərasimə və sərgərdan, kimi mağ­dur, məzlum, kimi zalim və qəddar!..

İndi bu ozəmətli qəbrin üzerinden gülleri, çiçekleri ezen, işıq- lara, nurlara hail olan mezar daşı qaldırıhr. Rövzəyi-münewərəyi- İran, adı istibdad ve mütleqiyyət olan o daşın zülmetinden, tozyiqin- dən, eza və cəfasmdan xilas ediliyor!.. Türk neslinden olan yeni bir hökmdann, Teymurun bütün zəfərlorino bedel böyük bir müzeffo- riyyote nail oluyor!.. Yaşa, Müzefforoddin, yaşa! Şaha, şahonşoha, Xosrova, Keyxosrova! Çox yaşa!.. İndi sonin tacında parlayan yaqut- lan, zümrüdleri, almaşları qopar at!.. O daşlar neye lazımdır!.. Heq vo odalot, insaniyyot, müsavat ve hürriyyet qeder parlaq, rövnəqdar, porto ve fza, şoşoəpaş cəvahirmi olur!.. Qoy bu covahir sonin tacında bərq vursun!..

Padşah, şahonşah! Tutduğun bu teriqi-nicat ve solamotde sabit** qedem ol... zinhar, zinhar Sultan Əbdülhemidlerə uyma! Zinhar qanuni-esasinin xadimlorini, Midhet paşalarını tayiflərdə mehv və nabud etdirme, zinhar Fransua Kopenin terif etdiyi Teymur kibi bilexere gedib Çingizin qebri üzərinden daşı ref etmo. Çünlci o qəbir- don otrafı sel kimi istela eden qandan başqa bir şey neban etmoz!

Eşidiyoruz, biliyoruz, sonin ilo Sultan Homid arasında bu anda bir sorhod münaziəsi var! ...Biz bu xüsusda biteref bulunuyorduq, sükut ediyorduq, bir şey demiyor idik.

Lakin bundan sonra üzümüzü Sultani-müşarünleyhe, istibdad vo mütloqiyyətin o timsali-mücosseminə çevirib deyecoyiz ki: “Ey

‘ Tərcüməsi: Uzun ruzigardan hamisi ölmüşdü.

məmləkətini tohti-esaretde tutan hökmdar, İran torpağına təərrüz etmə, əlini oradan çek!.. Orası indi hürriyyət torpağı oldu! Hürriyyot livası rəkz olunan ölkeye istibdad bayrağı girəmmoz!'1 Bir mütəəs- sib demişdir ki, “Solibin aldığı yerlere hilal giremmez”. Bu sözlər cahilane, teessübkaranedir. Qladistonun ağzından çıxmış olsa da, teessübkaranedir. Qladiston sözü yanlış demişdir, çünki böylo demək icab edərdi: “Hürriyyotin aldığı yerlere istibdad girəmməz!.. İranın ən böyük adamı Əbülqasim Həsən Firdovsidir. Firdovsinin ən böyük əsəri “Şahnamə”dir. “Şahnamə”nin ən böyük qehromanı Səyavuş- dur, bəncə Seyavuşdur. Çünki insaniyyətin, heqqaniyyetin, ədalətin, nocabotin, ismetin, merdliyin, elm və kamalın, ülviyyetin, ülviyyoti- əfkann ən parlaq, en şəşəli bir timsalidir. Zülmün hökmü ilo Səya- vuşun başı kesildi, qanlannı teşti-zərrine ahb apardılar, xakə tökdülor, lakin o qanlar boşa getmedi, zira Firdovsinin rəvayotinə görə o qan- dan “xuna səyavuşan” namindo bir çiçək bitdi ki, indi də o çiçək İranın dağlarını, sahralarını tozyin ediyor... Ey Tusda yatan hakim! Ey makam Firdovs olan şair, qalx, qalx ayağa, vətəninə bir nəzər elə, sevin, şadü xürram ol, gör tazadən nə qədar şəhnamolor yazmaq lazımdır. Gör Tehran küçəlarində şohid olan yeni Sayavuşlann qan- larındannə qadargözəl latif güllor, çiçaklar bitmakdodir!.. Gavalarin əiinda dirafşi-hürriyyat etila va tamavvüc ediyor, bidad va istibdadın mar və ajdahalan samigun oluyor, taxti-pışdadyandan yeni Firudu- nun ədlü dad avazəlari as imana büland oluyor!..

Ə.H.

“Hayat”, 1906. Nsl73