Həyatı və fəaliyyəti. İsi Ab­bas oğlu Mə­lik­za­də 1934-cü il ma­yın 1-də Ağ­ca­bə­di ra­yo­nu­nun in­zi­ba­ti mər­kə­zi­nə yaxın olan Xal­fə­rəd­din kən­din­də do­ğul­muş­dur. Ata­sı Ab­bas ki­şi öm­rü bo­yu Ağ­ca­bə­di­də bərbər­lik et­miş­dir. Yazıçı­nın uşaq­lıq döv­rü haq­qın­da qiy­mət­li mən­bə, av­to­bi­oq­ra­fik po­vest olan «İki gü­nün qo­na­ğı» po­ves­tin­dən onun uşaq­lığı, ai­lə­si­nin ka­sıb­lığı, ata­sı və ana­sı haq­qın­da ma­raq­lı mə­lu­mat­lar öy­rən­mək olur.

Yazıçı ata­sını boy­ca ana­sın­dan ba­la­ca, al­çaq boy­lu bir ba­mə­zə şəxs ki­mi təq­dim edir. O, Ağ­ca­bə­di­yə Xo­ca­lı­dan kö­çüb gəl­miş­di. Mol­la mək­tə­bi­ni bi­tir­miş­di, şeir-sə­nət hə­vəs­ka­rı, çox­lu lə­ti­fə­lər bi­lən bir şəxs idi. Gö­zəl, şi­rin söh­bət­lə­ri ilə hör­mət qa­zan­mış­dı. İsi­nin xalq di­li­nə gö­zəl bə­ləd­li­yi həm də ata­sın­dan gə­lir­di.

Ab­bas ki­şi 1978-ci il­də rəh­mə­tə getmiş­dir. İsi ai­lə­də dör­dün­cü uşaq ol­muş­dur. Mü­ha­ri­bə il­lə­rin­də Ab­bas ki­şi­nin ai­lə­si on bir nə­fər­dən iba­rət idi. Çox güman ki, səh­hə­tin­də olan han­sı­sa qü­su­ra gö­rə or­du­ya sə­fər­bər edil­mə­yən Ab­bas ki­şi bütün mü­ha­ri­bə döv­rü­nü və son­ra­kı öm­rü­nü bərbər­lik­lə ke­çir­miş, da­va­nın ac­lıq il­lə­rin­də on bir baş kül­fə­ti bir­cə ül­güc­lə do­lan­dır­mış­dır. Ab­bas ki­şi­nin sək­kiz öv­la­dın­dan yed­di­si qız idi. Yed­di qız kö­çü­rən ata­sını yazıçı «Yed­di ocaq» he­ka­yə­sin­də də təs­vir et­miş­dir. Da­va vax­tı ai­lə­də­ki on bi­rin­ci adam İsi­nin ata nə­nə­si Mə­şə­di Mə­lək idi. Da­va il­lə­rin­də özünü oğ­lu­na ar­tıq yük sa­yan bu qa­dın 1944-cü il­də və­fat et­mişdir.

Ka­sıb­lıq, qə­hət İsi­nin uşaq­lıq xa­ti­rə­lə­rin­də əsas yer tu­tmuş və son­ra­lar onun nəs­ri­nin əsas möv­zu­la­rın­dan bi­ri ol­muş­dur. Müha­ri­bə döv­rü­nü ke­çən uşaq­la­rın ək­sə­riy­yə­ti ki­mi da­va­nın ağır, dözül­məz ac­lıq il­lə­ri onun dü­şün­cə­sin­də zə­də ki­mi qal­mış, nəsr əsər­lə­rin­də müx­tə­lif ta­le­lər və və­ziy­yət­lər şək­lin­də özünü gös­tər­miş­dir. «İki gü­nün qo­na­ğı»nda yazıçı da­va vax­tı ana­sı xəs­tə olar­kən çö­rək növ­bə­lə­ri­nə get­mə­si­ni, bu­ra­da ayaq alt­da qa­lıb əzil­mə­si­ni emo­sio­nal bo­ya­lar­la təs­vir et­miş­dir.

İsi­nin ana­sı Zə­roş xa­nı­mın ana­sı Qa­ra­do­laq tay­fa­sın­dan, ata­sı isə Da­ğıs­tan­dan idi. Mərd xa­siy­yət­li bir qa­dın olan Zəroş xanım bir­cə oğlu­nu həd­siz bir mə­həb­bət­lə se­vir­di. O, 1996-cı il de­kab­rın 5-də Ağca­bə­di­də İsi Mə­lik­za­də­nin qəb­irüs­tü abi­də­si açı­lan gün, oğ­lun­dan düz bir il son­ra Ba­kı­da və­fat et­miş­di. Onu abi­də­nin açı­lı­şına, Ağ­ca­bə­di­yə apar­maq is­tə­yən­də de­miş­di: «Mən ca­maatın üzü­nə ba­xa bi­l­mə­rəm». Ana əziz oğ­lun­dan son­ra ya­şa­dığı üçün ət­raf­da­kı­lar­dan xə­ca­lət çə­kir­di.

 İsi­nin səh­hə­ti uşaq­lıq il­lə­rin­dən zə­if ol­muş, ana­sı və nə­nə­si uzun il­lər onun üs­tün­də əs­miş, onu qo­ru­muş­lar.

 Orta mək­tə­bi bi­ti­rən­dən son­ra İsi 1952-ci il­də Ba­kı­ya gə­lib M.Əziz­bə­yov adına Azər­bay­can Sə­na­ye İns­ti­tu­tu­nun Neft-kim­ya fa­kül­tə­si­nə da­xil ol­muş, 1957-ci il­də ins­ti­tu­tu uğur­la bi­ti­rib tə­yi­nat üz­rə Əziz­bə­yov Neft Mə­dən­lər ida­rə­sin­də ope­ra­tor, ye­rüs­tü ava­dan­lıq us­ta­sı iş­lə­miş­dir. Üç il neft mə­dən­lə­rin­də iş­lə­dik­dən son­ra tə­yi­nat müd­də­ti qur­tar­dığı üçün iş­dən çı­xıb hə­mi­şə­lik ra­yon­da ya­şa­maq ümi­di ilə 1961-ci il­də Ağ­ca­bə­di­yə qa­yıdır. Hə­min ildə yazıçı ar­tıq ev­lən­miş­di, bir oğ­lu və bir qı­zı var­dı, İçə­ri­şə­hər­də ki­ra­yə­də ya­şa­yır­dı. Bu mən­zil məs­ci­din ya­nın­da, bö­yük tut ağa­cına lap yaxın idi. İsi 1957-ci il­də - ins­ti­tu­tu bi­tir­di­yi il ki­ra­yə­çi­si ol­duğu ai­lə­nin ki­çik qı­zına ev­lən­miş­di. Bu qız - Əsə­do­va Lə­ti­fə Əsəd qı­zı - tibb ba­cı­sı idi. On­la­rın iki qı­zı, bir oğ­lu ol­muş­dur. Qız­la­rı Xa­ti­rə və Ar­zu ali pedaqoji təhsil alıblar. Oğ­lu Sa­leh ürək xəs­tə­li­yin­dən və­fat et­miş­dir.

Yazıçı öz to­yu­nu nəs­ri­mi­zin şah əsər­lə­rin­dən bi­ri olan «İki gü­nün qo­na­ğı» po­ves­tin­də ağ­rı və hə­yə­can­la təs­vir et­miş­dir. Qon­şu­lar­dan bi­ri­nin ikin­ci mər­tə­bə­də­ki iri za­lın­da keç­miş toy­da yazıçı­nın ana­sı, bö­yük ba­cı­sı və onun əri iş­ti­rak et­miş­lər. Nə­yə gö­rə­sə, Ab­bas ki­şi toy­da iş­ti­rak et­mə­miş­dir, çox gü­man ki, bu, onun yazıçı­nın şə­hər­li qı­zına ev­lən­mək qə­rarın­a etirazının nəticəsi idi. Toy ərə­fə­sin­də və toy za­ma­nı bu söh­bət­lə­rin get­di­yi po­vest­dən bi­li­nir. 50-ci il­lər­də kənd­li gənc­lər çox za­man Ba­kı­ya, pe­şə-sə­nət mək­təb­lə­ri­nə məc­bu­ri gə­ti­ri­lir­dilər: neft sə­na­ye­sin­də fəh­lə və mü­tə­xəs­sis ça­tış­mır­dı. Ca­van­la­rın bir his­sə­si şə­hə­rə öy­rə­şib qa­lır, bur­da ta­le­lə­ri­nə dü­şən qız­lar­la ev­lə­nir­di­lər. Bu­na bəzən kənd­də doğma oca­ğa hör­mət­siz­lik, nan­kor­luq ki­mi ba­xır­dı­lar.

İsi­nin kənd­də sev­di­yi qız ol­muş­dur: la­kin bu qız yaş­ca on­dan üç yaş bö­yük idi və yu­xa­rı si­nif­də oxu­yur­du. Bu ma­cə­ra­la­rını yazıçı «Ağ­rı» he­ka­yə­sin­də və «Günəş har­da ge­cə­lə­yir» po­ves­tin­də təs­vir et­miş­dir. Buna əsasən de­mək olar ki, yazıçı hə­ya­tının əsas sev­gi­si­ni şə­hər­li qız­da tap­mış­dır. 1968-ci il­də ar­tıq ta­nın­mış yazıçı ali təh­sil­dən son­ra­kı ilk il­lə­ri, öz to­yu­nu ağır xa­ti­rə­lər ki­mi, az qa­la tra­gik ton­da təs­vir edir: hiss olu­nur ki, İs­lam adı ilə təs­vir et­di­yi öz ob­ra­zına ürə­yi ya­nır, ya­zığı gə­lir. Bu hal şüb­hə­siz ki, yazıçı­nın tə­biə­tin­də­ki güclü his­siy­yat­dan, bir qə­dər də bəd­bin­lik­dən irə­li gə­lir­di.

Üç il Qa­la­ kəndindəki neft mə­dən­lə­rin­də iş­lə­yən­dən son­ra iki uşaq ata­sı, ki­ra­yə­ni­şin İsi Mə­lik­za­də mə­dən­dən haqq-he­sa­bını alıb iş­dən çı­xır, ar­va­dını və iki uşa­ğını ra­yon­da iş­ə dü­zə­lə­nə­dək Ba­kı­da qo­yub doğma Ağ­ca­bə­di­yə ge­dir. Onun doğma oca­ğa bu bir ay­lıq qa­yı­dı­şı həm yazıçı­nın hə­ya­tın­da, həm də müasir kənd nəs­ri­nin ta­ri­xin­də yeni hadisə oldu və ca­van yazıçı­nın kən­d və ora qa­yıt­maq ba­rə­də bütün xül­ya­la­rını da­ğıt­dı.

İsi­nin kən­də qa­yıt­maq ba­rə­də ata-ana­sı ilə əh­di var­dı. Ab­bas ki­şi 1955-1956-cı il­lər­də kənd­də çiy kər­pic­dən tik­di­yi ev ba­rə­də Ba­kı­da oxu­yan oğ­lu­na mək­tub yaz­mış­dı. İsi də mək­tu­ba ca­vab ver­miş­di ki, evi müt­ləq iki mər­tə­bə ti­kin, mən də təh­sil­dən dö­nüb kən­də qa­yı­da­cağam və evin əyər-əs­ki­yi­ni özüm dü­zəl­də­cəyəm. Ata­sı bir­cə oğ­lu­nun sözünü ye­rə sal­ma­yıb evi iki­mər­tə­bə­li tik­miş­di. Son­ra­lar bu bi­na da İsi­nin kən­də qa­yıt­maq əh­di­nin şa­hi­di ki­mi onun da­xi­li ağrı­la­rın­da iş­ti­rak edən ob­ra­za çev­ril­miş­di. Yed­di qızı kö­çürən­dən son­ra qo­ca ata-ana uzun il­lər - 1968-ci ilə qə­dər oğul­la­rının kən­də gə­lə­cə­yi­ni göz­lə­miş­lər.

          İsi isə kən­də heç vaxt kö­çə bil­mə­yə­cə­yi haq­da nə­ti­cə­yə 1961-ci il­də - bir ay müd­də­tin­də kənd­də iş ye­ri ax­ta­rıb heç nə ta­pa bil­mə­dik­dən son­ra gəl­miş­di. Ra­yo­nun xey­li rəh­bər iş­çi­si bərbər Ab­bas ki­şi­nin köh­nə müş­tə­ri­lə­ri idi. La­kin İsi bir ay ər­zin­də ka­bi­net­lə­rə nə qə­dər ayaq döy­sə də, ata­sının müş­tə­ri­lə­rin­dən sə­mi­mi bir si­fət be­lə, gö­rə bil­mə­miş­di. Mə­mur­lar bir həf­tə ər­zin­də ali  mək­təb dip­lo­mu ilə ra­yon­da iş ax­ta­ran bərbər oğ­lu­nun üzü­nü be­lə, yad­da sax­la­mırlar. Hər də­fə onun nə üçün gəl­di­yi­ni so­ru­şur­du­lar. Bir də­fə hət­ta ca­van yazıçı­ya de­miş­di­lər ki, sən bi­zim kadr de­yil­sən. Ona gö­rə yazıçı­nın sa­də­lövh ana­sı oğ­lu kor-peş­man Ba­kı­da iş ax­tar­ma­ğa qa­yı­dan­da de­miş­di ki, ey­bi yox­dur oğ­lum, bur­da neft ta­pı­lan­da qa­yı­dıb iş­lə­yər­sən.     

  İsi kənd­də iş tap­ma­yıb 1961-ci ilin pa­yı­zın­da Ba­kı­ya qa­yıdan­da Azər­bay­can nəs­ri­nin bəx­ti gə­tir­di: ca­van yazıçı ra­yond­a ili­şib ömür­lük or­ta bir mə­mur da ola bi­lər­di. Am­ma be­lə ol­ma­dı. Ağır fi­kir və hə­yə­can­lar­la Ba­kı­ya dö­nən İsi Mə­lik­za­də həm də mü­hüm bir nə­ti­cə­yə gəl­di. Re­al, ger­çək kənd onun tə­səv­vü­rün­də ya­şa­yan çəh­ra­yı bo­ya­lı, ro­man­tik kənd de­yil­dir. Onun qa­pı­la­rını döy­dü­yü mə­mur­lar qə­dim feo­dal­lar ki­mi hökm­lü və qəd­dar idi­lər, in­sa­na xas mər­hə­mət­dən, zə­rif hiss­lər­dən məh­rum idi­lər. Yazıçı on­lar­dan və xüsusi­lə on­la­rın baş­çı­lığı al­tın­da iş­lə­mək pers­pek­ti­vin­dən qorx­du. Azər­bay­can nəs­rin­də ya­şa­yan li­rik-ro­man­tik kənd ob­ra­zı İsi üçün hə­mi­şə­lik öl­dü.

Kənd mövzusu yazıçı üçün  ağrılı bir so­si­al problemə çevri­ldi və yazıçı da onun araş­dı­rı­cısı ol­du. Və­zi­fə­yə, və­zi­fə­li adam­la­ra şüb­hə­li, mən­fi, bir qə­dər də kin­li mü­na­si­bət yazıçı­nın bə­dii yad­da­şının ay­rıl­maz key­fiy­yə­ti ol­du. İsi Mə­lik­za­də üçün ar­tıq kənd ye­rin­də rəh­bər və­zi­fə­də otu­ran heç kəs müs­bət ob­raz pro­to­ti­pi ola bil­məz­di.

Gerçək kən­din özü ilə re­al toq­quş­ma və dra­ma­tik məğ­lu­biy­yət yazıçı­nı kənd sa­ki­ni ol­maq­dan hə­mi­şə­lik məh­rum et­di, həm də Azər­bay­can kənd nəsrinin ta­ri­xin­də ye­ni bir sə­hi­fə aç­dı. Bu, İsi Mə­lik­za­də­nin vax­tı keç­miş, uşaq­lıq xa­ti­rə­lə­rin­də ya­şa­yan li­rik-ro­man­tik kənd ob­ra­zın­dan üz dön­də­rib, qəd­dar, aman­sız, yox­sul, ar­zu­la­rı ürək­lər­də qo­yan kənd ob­ra­zına − ədə­biy­ya­tı­mı­za İsi­nin bəxş edə­cə­yi ye­ni kənd ob­ra­zına yol aç­dı. Bu, kənd nəsrinin so­si­al qa­na­dı, ye­ni bir key­fiy­yət döv­rü oldu.

1968-ci ilin pa­yızın­da kən­də iki gün­lük sə­fə­rin­də qo­cal­mış ata­sı İsi­dən qə­ri­bə xa­hiş et­di: «Kən­də qa­yıt­ma­ya­ca­ğını ana­na de­mə». Ab­bas ki­şi ar­tıq oğ­lu­nun qa­yıt­ma­ya­ca­ğını bi­lir­di, an­la­mış­dı. Am­ma yazıçı­nın ana­sı öm­rü­nün so­nu­na­can oğ­lu­nun qa­yıt­ma­sını, nə­və­lə­ri­ni gözü do­lu gör­mə­yi ar­zu­la­mış­dı. Ata­sı isə bu ifa­də ilə həm də oğ­lu­na eşit­dir­miş­di ki, o, da­ha ümid­lə ya­şa­mır, onu göz­lə­mir.

Bütün bun­la­rı yazıçı 1968-ci il­də qələmə al­dığı «İki gü­nün qo­na­ğı» po­ves­tin­də yaz­mış­dır. Hə­min po­vest İsi Mə­lik­za­də­nin − Azər­bay­ca­nın bö­yük bir yazıçı­sının gə­li­şi­ni bildirən  ədə­bi abi­də idi. Əsər qo­ca Ey­vaz ki­şi ob­ra­zı vasitəsilə yazıçı­nın öz ata­sının di­li ilə de­di­yi hə­qi­qəti − kən­də qa­yıt­ma­sının qey­ri-müm­kün­lü­yünü − li­rik kənd nəs­ri­nin ori­ji­nal döv­rü­nün bit­di­yi­ni  (təq­lid döv­rü bir qə­dər da­vam et­di) xə­bər ve­rən ma­ni­fest, proq­ram bir po­vest idi. Hə­min po­vest həm də ye­ni kənd nəs­ri­nin − so­si­al kənd nəs­ri­nin baş­lan­ğı­cı idi. Bu nəs­rin əsas mü­əl­li­fi və ya­ra­dı­cı­sı da İsi Mə­lik­za­də idi.

1961-ci ildə Ağ­ca­bə­di­dən Ba­kı­ya dö­nən İsi Mə­lik­za­də Ba­kı şə­hər Qaz İda­rə­si­nin la­yi­hə bü­ro­sun­da işə dü­zəl­ir. Bu­ra­da onu yax­şı mü­hən­dis ki­mi şö­bə rəi­si­nin müa­vi­ni və­zi­fə­si­nə irə­li çə­kir­lər. Ona üç otaq­lı mən­zil ve­ri­lir və yazıçı heç ol­ma­sa, mət­bəx­də ge­cə­lər yazı yaz­maq üçün im­kan və şə­ra­it qa­za­nır. Bu­ra­da iş­lə­di­yi al­tı ilə yaxın müd­dət­də (1961-1966) yazıçı özü ki­mi kənd­dən çıx­mış çox­lu or­ta zi­ya­lı-mü­hən­dis­lər­lə ta­nış olur. Onun ya­ra­dı­cılığının əsas tip­lə­ri bu­ra­nın fi­kir və ağı­lca zi­ya­lı, ya­şa­yış və do­la­nı­şıq ba­xı­mın­dan çox ka­sıb in­san­ları idi. İsi keç­mi­şi kənd­li ba­la­la­rı olan bu yox­sul zi­ya­lı­lar­la asan­lıq­la ün­siy­yət ta­pır, dost­la­şır. On­la­rın hə­yat və məi­şə­ti də bir-bi­ri­nə çox yaxın idi: ək­sə­riy­yə­ti ki­ra­yə­də qa­lır, gə­lə­cə­yə ümid və nik­bin­lik­lə ba­xır­dı­lar. Əs­lin­də bu il­lər yazıçı­nın hə­ya­tının ən ma­raq­lı, məh­sul­dar döv­rü idi. So­vet cə­miy­yə­ti­nin miq­ya­sını, onun fəa­liy­yət me­xa­niz­mi­ni yazıçı bu­ra­da gö­rüb öy­rən­di.

Yazıçı­nın ilk mət­bu ya­zı­la­rı 1950-ci illərin sonu 1960-cı illərin birinci yarısına aid­dir. O, ədə­biy­ya­ta «Kir­pi» jur­na­lın­da çıxan sa­ti­rik ya­zı­lar­la gəl­miş, jur­nal­da ça­lı­şan Sa­lam Qə­dir­za­də ilə dost­laş­mış­dı. İsinin ilk he­ka­yə­si «Peş­man­çı­lıq» adı ilə 1957-ci il­də «Ağ­ca­bə­di pam­bıq­çı­sı» qə­ze­tin­də dərc olun­muş­du. Son­ra­lar uşaq­lar üçün yaz­dığı he­ka­yə­lə­ri «Pio­ner qə­ze­ti»ndə, «Pio­ner» jur­na­lın­da çap olun­muş­du. Yazıçı 1960-cı il­lə­rin ikin­ci ya­rı­sın­dan cid­di möv­zu­la­ra da­ha çox bağ­lan­mış­dır.

1964-cü il­də gənc yazıçı­nın ilk he­ka­yə­lə­rin­dən iba­rət «Həs­rə­tin so­nu» ad­lı  ki­çik ki­ta­bı çıxır. Bu­ra­da­kı he­ka­yə­lər­də də­qiq, ifa­də­li xalq di­li var idi, bu dil mü­əl­li­fin şüb­hə­siz bə­dii is­te­da­dın­dan xə­bər ve­rir­di. La­kin hə­ya­ta mü­na­si­bət ba­xı­mın­dan gənc mü­əl­li­fin ilk he­ka­yə­lə­ri sa­də­lövh tə­sir ba­ğış­la­yır­dı. Hə­ya­tın­da­kı növ­bə­ti sınaq­lar, ta­le­yin zər­bə­lə­ri hə­lə onun kənd­li sa­də­lövh­lü­yünü, in­san­lar­da ax­tar­dığı işıq­lı tə­səv­vür­lə­ri alt-üst et­mə­li idi.

 Bak­qaz­da işləyən gənc yazıçı­nın mü­di­riy­yət­lə mü­na­si­bət­lə­ri po­zul­ur. Onu irə­li çə­kən, ona ev ve­rən di­rek­tor onu nan­kor­luq­da, «tez qu­dur­maq­da» it­ti­ham e­dir. Gənc yazıçı­nın konf­lik­ti­nin kök­lə­ri həm də onun fan­ta­zi­ya­sının, ar­zu­la­rının də­rin­li­yin­də idi. İlk ki­ta­bı çı­xan­dan son­ra İsi Mə­lik­za­də mü­hən­dis­lik­dən so­yu­du, öz ye­ri­ni an­caq Azər­bay­can ədə­biy­ya­tın­da gör­mə­yə baş­la­dı. İstedad tanıyanlar onun par­laq və də­qiq nəsr təh­ki­yə­si­ni gö­rür, onu yazmağa hə­vəs­lən­di­rir­di­lər. Am­ma on­lar bil­mir­di­lər ki, İsi ge­cə­lər yat­mır, özü üçün qoy­duğu nor­ma­ya gö­rə hər ge­cə ya­zır­.

1967-ci il­də kom­so­mo­lun və Yazıçı­lar İttifaqı­nın müş­tə­rək or­qa­nı kimi «Ul­duz» jur­na­lı tə­sis edil­di. Gö­zəl şa­ir və nə­cib in­san olan Əh­məd Cə­mil jur­na­la re­dak­tor tə­yin olun­du. Ədə­bi mü­hit­də­ki hi­ma­yə­dar­la­rı İsi Mə­lik­za­də­ni bu jur­na­la işə dü­zəlt­di­lər. On­la­rın içə­ri­sin­də o za­man Yazıçı­lar İttifaqı­nın səd­ri olan Mir­zə İb­ra­hi­mov da var­dı. Mir­zə mü­əl­lim adam­sız, la­kin is­te­dad­lı gənc­lə­rə əl tut­ma­ğı se­vir­di. Çün­ki özü də ədə­biy­yat­da məhz be­lə bir yol keç­miş­di.

Ədə­bi mü­hit­də işə dü­zəl­mə­si İsi Mə­lik­za­də üçün qə­zet və jur­nal­la­rın qa­pı­la­rını da­ha ge­niş aç­dı. Ədə­bi or­qan­lar­da iş­lə­mək o za­man­lar na­si­rin çap olun­ma­sı üçün çox gə­rək­li idi. Azər­bay­can ədə­bi mü­hi­tin­də şəx­si mü­na­si­bət­lər hər şey­dən çox rol oy­na­yır­dı. Ədə­bi or­qan­da iş­lə­mək məhz bu yo­lu gənc yazıçı­nın üzü­nə açır­dı. Tez­lik­lə İsi Mə­lik­za­də «Ul­duz» jur­na­lın­da mə­sul ka­tib və­zi­fə­si­nə irə­li çə­kil­di (1968-1973).

1969-cu il­də «Gənc­lik» nəş­riy­ya­tın­da yazıçı­nın ikin­ci ki­ta­bı - «Öz­gə ana­sı» çap­dan çıxdı. O za­man­lar nəş­riy­yat­lar­da ki­tab­lar üç-dörd il əv­vəl­dən oxu­nub pla­na sa­lın­dığı üçün bu top­lu­da yazıçı­nın 1964-1966-cı il­lər­də, hə­lə Bak­qaz­da iş­lə­di­yi za­man yaz­dığı üç po­ves­ti top­lan­mış­dı.

İkin­ci ki­tab­da­kı po­vest­lər üslub və təh­ki­yə ba­xı­mın­dan 60-cı il­lər nəs­rin­də mi­sil­siz bir ha­di­sə ol­sa da, hə­ya­ta mü­na­si­bət ba­xı­mın­dan hə­lə müs­bət qəh­rə­man eh­ka­mının tə­si­rin­də idi. La­kin bu­ra­da özü­nə­məx­sus­luq da var­dı. İsi Mə­lik­za­də müs­bət in­san ide­al­ını an­caq sa­də­lövh, hə­ya­tın sərt üzün­dən xə­bər­dar ol­ma­yan sıra­vi şəxs­lər­də ax­ta­rır­dı.

İsi Mə­lik­za­də 1968-ci il­də Yaz­ıçı­lar İttifaqı­nın üzv­lü­yü­nə qə­bul olun­du. 1973-cü il­də − beş il «Ul­duz» jur­na­lının mə­sul ka­ti­bi iş­lə­dik­dən son­ra  jur­na­la ye­ni re­dak­tor gəl­mə­si ilə bağ­lı ora­dan çıxdı və Azər­nəşr­də re­dak­tor iş­lə­mə­yə başl­adı. 60-70-ci il­lər nəs­ri­nin par­laq nü­mu­nə­lə­ri­nin mü­əl­li­fi olan İsi Mə­lik­za­də do­la­nı­şıq çə­tin­lik­lə­ri ilə bağ­lı sər­bəst ya­ra­dıcılıq­la məş­ğul ola bil­mir­di: ai­lə­ni do­lan­dır­maq üçün o, müt­ləq ha­ra­da­sa iş­lə­mə­li idi. Yazıçı­lıq isə onu do­lan­dı­ra bil­mir­di, çün­ki ki­tab­la­rı an­caq üç-dörd il­dən bir pla­na dü­şür­dü. On­lar­dan alınan qo­no­rar­la pe­şə­kar ya­ra­dıcılıq­la məş­ğul ol­maq müm­kün de­yil­di.

Ona gö­rə yazıçı­nın 1974-cü il­dən iş­lə­di­yi və­zi­fə­lər an­caq onun vax­tını alır və onun ye­ni-ye­ni əsər­lər üzərində işini yubadırdı. Ədə­bi zöv­qü və möv­qe­yi ay­dın­laş­dıq­dan son­ra onun müx­tə­lif re­dak­tor­lar­la, on­la­rın əli al­tın­da iş­lə­mə­si çə­tin­lə­şir­di. Ona gö­rə 70-ci il­lə­rin or­ta­la­rın­dan İsi Mə­lik­za­də müx­tə­lif yer­lər­də qı­sa müd­dət­lər­də iş­lə­miş­dir.

1970-ci il­lərdə yazıçı həm də gərgin ya­ra­dıcılıq­la məş­ğul olur və ra­yon mər­kə­zin­də ge­dən ne­qa­tiv pro­ses­lər ba­rə­də özünün və ədə­biy­ya­tı­mı­zın qızıl fon­du­na da­xil olan əsər­lə­ri­ni yaz­ırdı. Bun­lar «İki gü­nün qo­na­ğı», «Gü­nəş ha­ra­da ge­cə­lə­yir», «Dü­yün», «Qu­yu», «Evin ki­şi­si», «Də­də pa­lıd» po­vest­lə­ri idi. Va­hid möv­zu­ya həsr olun­muş bu po­vest­lər bir epo­pe­ya­nın fə­sil­lə­ri idi.

Bu dövr­də o, C.Cab­bar­lı adına ki­nos­tu­di­ya­da sse­na­ri re­dak­si­ya­sının üz­vü (1974-1976), «Azər­bay­can» jur­na­lın­da nəsr şö­bə­si­nin mü­di­ri (1976-1980), «Ul­duz»da nəsr şö­bə­si­nin mü­di­ri (1980-1981), «Mo­za­lan» sati­rik jur­na­lın­da bö­yük re­dak­tor (1981-1983), ki­nos­tu­di­ya­da baş re­dak­tor (1983-1985) və­zi­fə­lə­rin­də iş­lə­miş­dir.

1985-1988-ci il­lər­də ya­ra­dıcılıq­la məşğul olan yazıçı ye­ni­dən gənc­lik ar­zu­su­na qa­yı­dır. Bu za­man ar­tıq onun ata­sı hə­yat­da yox idi, onun İsi­nin adına çiy kər­picdən tik­diyi ikimər­tə­bə­li ev isə du­rur­du. Yazıçı tez-tez Ağca­bə­di­yə ge­dir, ata evi­ni qay­da­ya sa­lır, ora­da müvəq­qə­ti də ol­sa, qa­lıb ya­şa­maq, ya­ra­dıcılıq­la məş­ğul ol­maq üçün şə­ra­it ya­ra­dır­dı. Bu za­man o, məş­hur yazıçı idi və Ağca­bə­di ra­yo­nu­nun rəh­bər­li­yi də ona kö­mək­lik gös­tə­rirdi.

1980-ci il­lər­də ədə­biy­yat mü­hi­tin­də və cə­miy­yət­də də­rin­ləş­miş mə­nə­vi deq­ra­da­si­ya pro­ses­lə­ri İsi Mə­lik­za­də­yə mən­fi tə­sir gös­tə­rir­di. Onun son əsər­lə­rin­də, xüsusi­lə Pere­del­ki­no ya­ra­dıcılıq evin­də yaz­dığı he­ka­yə­lər sil­si­lə­sin­də də­rin bir pes­si­mizm müşa­hi­də olun­mağa baş­la­dı. Yazıçı ka­sıb­lıq­dan xi­las ola bil­mir­di. Ədə­bi mü­hit­də ida­rəo­lun­maz, me­yar­la­rın it­mə­si ilə sə­ciy­yə­lə­nən pro­ses­lər ge­dir­di. De­mok­ra­tik pro­ses­lə­rin baş­lan­ma­sı yazıçı­da an­la­şıl­maz qor­xu ya­ra­dır, de­mok­ra­tik xao­sun pers­pek­tiv­lə­ri­nə şüb­hə­lər ya­ra­dır­dı. Yazıçı­nın nəs­rin­də sağ­lam iro­ni­ya­nı ağ­la­yan, in­ti­har edən, me­şə­yə və tə­biə­tə üz tu­tan qəh­rə­man­lar əvəz edir­di.

 Er­mə­ni­lə­rin Qa­ra­bağ tor­paq­la­rına id­dia­la­rı və biz­də cə­miy­yə­tin və «de­mok­ra­tik mü­xa­li­fə­tin» bu ha­di­sə­yə qar­şı möv­qe­yi də yazıçı­nı na­ra­hat edir­di. Hə­yat gös­tər­di ki, İsi Mə­lik­za­də­nin bu bəd­bin na­ra­hat­lığı əsas­sız de­yil­miş, çün­ki son nə­ti­cə­də Azər­bay­ca­n torpaqlarının Dağlıq Qa­ra­ba­ğ da daxil olmaqla 20 faizi er­mə­ni­lər tə­rə­fin­dən iş­ğal olun­du. Bu, yazıçı­ya gö­rə, xal­qın de­yil, Azər­bay­ca­nın zə­if, kor­rup­si­ya­ya uğra­mış eli­ta­sının məğ­lu­biy­yə­ti ol­du.

Yazıçı 1980-ci il­lər­də kən­də tez-tez ge­dib-gə­lir, ora­da iş­lə­yir­di. Bu il­lər­də  bir sıra əsər­lər məhz yazıçı­nın doğma ata evin­də ya­zıl­mış­dı. La­kin İsi Mə­lik­za­də uzun müd­də­tə kənd­də də ya­şa­ya bil­mir­di. Ona gö­rə yazıçı 1988-1990-cı il­lər­də Aka­de­mik Dram Te­at­rın­da ədə­bi his­sə mü­di­ri iş­lə­di. Onu te­at­rın di­rek­to­ru Hə­sən Tu­ra­bov­la ço­xil­lik dost­luq mü­na­si­bət­lə­ri bağ­la­yır­dı.

İsi Mə­lik­za­də­nin ilk ki­ta­bı olan «Həs­rə­tin so­nu» 1964-cü il­də, so­nun­cu − onun­cu ki­ta­bı «Do­la­şa­la­rın nov­ruz bay­ra­mı» ki­ta­bı isə 1992-ci il­də çıx­mış­dır. Təx­mi­nən otuz il ər­zin­də yazıçı­nın on ki­ta­bı çıx­mış­ və on­la­rın ara­sın­da 3-4 il ara ol­muş­dur. «Köv­rək qa­nad­lar» (Gənc­lik, 1973), «Kü­çə­lə­rə su səp­mi­şəm» (Gənc­lik, 1977), «Ya­şıl ge­cə» (Yazıçı, 1979), «Gü­nəş­li pa­yız» (Yazıçı, 1982), «Də­də pa­lıd» (Yazıçı, 1984), «Gümüş­göl əf­sa­nə­si» (Yazıçı, 1987), «Şeh­li çə­mən­lə­rin işığı» (Yazıçı, 1991), «Do­la­şala­rın nov­ruz bay­ra­mı» (Gənc­lik, 1992). Bu ki­tab­lar­da bir sıra po­vest­lə­rin tək­rar çap edil­di­yi­ni nə­zə­rə al­saq, eti­raf et­mə­li­yik ki, yazıçı­nın ən məh­sul­dar döv­rü 70-ci il­lər idi. Ümu­mi­lik­də isə onun ir­si o qə­dər də bö­yük de­yil­dir. Gö­rünür müx­tə­lif re­dak­si­ya­lar­da iş­lə­mə­si onun həd­dən ar­tıq vax­tını al­mış­dır.

Yazıçı­nın 80-ci il­lər­də qə­lə­mə al­dığı he­ka­yə­lər­də də­rin bir bəd­bin­lik, çı­xıl­maz­lıq əh­val-ru­hiy­yə­si var idi. Be­lə hal­da məh­sul­dar ya­ra­dıcılıq­dan söh­bət ge­də bil­məz­di. Yazıçı 1990-1994-cü il­lər­də «Azər­bay­can» jur­na­lın­da şö­bə mü­di­ri və­zi­fə­sin­dən sim­vo­lik bir əmək haq­qı alır­dı. 1990-1995-ci il­lər ya­ra­dı­cı zi­ya­lı­lar üçün ən çə­tin im­ta­han döv­rü ol­du.

İsi Mə­lik­za­də 1995-ci il de­kab­rın 5-də Ba­kı­da ürək xəs­tə­li­yin­dən və­fat et­miş­dir. O, öz və­siy­yə­ti­nə uy­ğun ola­raq Ağca­bə­di­də dəfn olun­muş­dur.

Yaradıcılığı. İsi Mə­lik­za­də 1960-cı il­lər­də ədə­biy­ya­ta gə­lən yazıçı­lar nəs­li­nin ən ori­ji­nal və fitri istedadlı nü­ma­yən­də­lə­rin­dən bi­ridir. O, lirik nəsrin sosial yönümlü nümayəndəsi kimi 1970-1980-ci illərdə  təbiət mövzusunu və kənd həyatını dövrün yazıçılarından daha böyük həssaslıqla duyub ədəbiyyata gətirmişdir. İlk he­ka­yə­lə­rin­dən gö­rü­nür ki, İsi Mə­lik­za­də ədə­biy­yat­dan uzaq bir iş­də ça­lı­şar­kən ədə­bi mət­bua­tı, xüsusi­lə par­ti­ya­lı tən­qid­çi­lə­rin yazılarını, ədə­biy­yat qar­şı­sın­da döv­lətin qoy­duğu tə­ləb­lə­ri­ mət­bu­at­da oxu­yur və on­la­rı cid­di qə­bul edir­di. Çap olun­maq is­tə­yən, hər ge­cə yu­xu­suz qa­lıb yaz­dığı he­ka­yə­lə­ri qə­zet və jur­nal­lar­da gör­mək ümidi ilə yaşayan gənc yazıçı İsi Mə­lik­za­də par­ti­ya­nın ədə­biy­yat qar­şı­sın­da qoy­duğu tə­ləb­lə­rə əməl et­mə­yə ça­lı­şır və bu­nu tez­lik­lə çap olun­maq üçün əsas yol sa­yır­dı.

Əl­bət­tə, ca­van na­si­rin rəs­mi ədə­bi mət­bua­ta inan­ma­sı, ora­da tə­rif­lə­nən prin­sip­lə­ri öz he­ka­yə­lə­rin­də re­al­laş­dır­maq is­tə­mə­sin­də pis heç nə yox idi. Əsl gəbahət kom­mu­nist par­ti­ya­sının ədə­bi si­ya­sə­tin­də və onu kor-ko­ra­nə hə­ya­ta ke­çi­rən ədə­biy­yat mə­mur­la­rın­da, ədə­bi mü­hi­ti və mət­bua­tı dol­dur­muş çox­lu is­te­dad­sız rüt­bə sa­hib­lə­rin­də idi. Onların təsirinə düşən yazıçının «Də­mir di­var» (1964), «Qar­lı bir gün», «Oğul», «Tə­zə məs­kən­də iki nə­fər» he­ka­yə­ləri də onun so­sia­list rea­liz­mi prin­sip­lə­ri­nə inam­lı münasibəti­ni əks etdirirdi.

Lakin bu, uzun müddət davam etmədi. Yazıçı həyatı bəzəkli göstərmək yolundan uzaqlaşmağa çalışdı. Be­lə uzaq­laş­ma onun ya­ra­dı­cılığın­da öz ək­si­ni tap­ma­ğa baş­la­dı. Hət­ta yazıçı «Bu dağ­lar, qo­şa dağ­lar» (1976) ad­lı he­ka­yə­sin­də so­sia­list rea­liz­mi prin­sip­lə­ri­nə və onun hə­ya­ta sü­ni münasibəti­nə hə­qi­qi bir ədə­bi pa­ro­di­ya ya­rat­dı.  Ədib  yığ­cam bir he­ka­yə­də so­sia­list rea­liz­mi­nin me­to­du­nun hə­ya­ta əy­ri və ey­bə­cər münasibəti­ni gös­tər­mək­lə qal­mır, həm də ya­rat­dığı mən­fi sə­ciy­yə­li, dü­şün­cə­siz, yu­xa­rı­dan gə­lən ən qey­ri-tə­bii gös­tə­ri­şi be­lə, kor-ko­ra­nə ye­ri­nə ye­tir­mə­yə ha­zır olan mə­mur ob­raz­la­rı si­ma­sın­da so­vet qu­ru­lu­şu­nun və onun ideo­lo­ji sis­te­mi­nin çü­rük­lü­yü­nü, an­ti­hu­ma­nist tə­biə­ti­ni  gös­tər­irdi.       

Həm də yazıçı bun­dan on il əv­vəl, 1968-ci ildə özünün li­rik kənd nəs­ri ilə əla­qə­lə­ri­ni ye­kun­laş­dı­ran «İki gü­nün qo­na­ğı» po­ves­ti­ni ya­zıb çap et­dir­miş­di. 60-cı il­lər nəs­ri­nin ən par­laq əsər­lə­rin­dən bi­ri olan bu po­vest­də İsi Mə­lik­za­də kənd prob­le­mi­nin ma­hiy­yə­ti­ni açıb gös­tər­di. Bu prob­lem elə şə­hər prob­le­mi­nin ey­ni idi: mad­di eh­ti­yac və yox­sul­luq! Po­ves­tin av­to­bi­oq­ra­fik xa­rak­ter­li qəh­rə­ma­nı İs­lam ya­ra­dı­cı adamlar olan öz dost­la­rı ilə doğma ra­yo­nu­na qo­naq gə­lir, toy­da iş­ti­rak edir.

La­kin toy pro­se­sin­də İs­lam cə­mi sək­kiz ki­lo­metr­lik­də olan doğma ata evi, ora­da tən­ha ya­şa­yan qo­ca ata­sı və ana­sı, özünün dai­m kən­də köç­mək ar­zu­ları ba­rə­də xa­ti­rə­lə­rə da­lır. Toy­da gör­dü­yü hər bir de­tal İs­la­mı – İsi Mə­lik­za­də­ni xa­ti­rə­lər alə­mi­nə apa­rır. İki gün­lük gö­rüş və xa­ti­rə­lə­rin məğ­zi bir­dir – nə qə­dər ar­zu­la­sa da kən­də qa­yıt­maq müm­kün de­yil: bu­ra­da­kı iş­siz­lik və yox­sul­luq şə­hər­də ali təh­sil al­mış ada­ma heç nə ve­rə bil­məz. Yazıçı po­vest­də gös­tə­rir ki, şə­hər və kənd ey­ni yox­sul­luq və eh­ti­ya­cın iki üzü­dür. Xır­da fərq­lər var: kənd­də ha­va və su var­dır,  mə­nə­vi azad­lıq isə məh­dud­dur, iş yer­lə­ri yox­dur. Şə­hər­də nis­bi mə­nə­vi sər­bəst­lik var, iş ye­ri var, am­ma ha­va və su az­dır, in­san tə­biə­tə həs­rət­dir. Şə­hə­rin bütün məh­du­diy­yət­lə­ri İs­la­ma və min­lər­lə şə­hə­rə gə­lən gənc­lə­rə bir şey ve­rir: xə­ya­li, ya­lan­çı bir ümid! Və­zi­fə, şöh­rət, qa­zanc ümi­di! Am­ma so­sia­liz­min to­tal ka­sıb­lıq cə­miy­yə­tin­də heç bir uğur ha­lal yol­la mad­di müs­tə­qil­liyi tə­min edə bil­mir.

Ona gö­rə «İki günün qo­na­ğı»nda ən ağır dia­loq İs­lam­la şa­ir Sar­van ara­sın­da baş ve­rir. Po­ves­tin özün­də bu, ən nis­gil­li su­al ad­lan­dı­rı­lır. Yas məc­li­sin­dən çö­rək apa­ran ar­vad­dan çörəyi ge­ri al­maq is­tə­di­yi­nə gö­rə ata­sın­dan bir sil­lə alan­dan son­ra acıq edib ev­dən ge­dən İs­lam bu ba­rə­də da­nı­şıb sözünü bi­ti­rən­də Sar­van on­dan so­ru­şur: «İn­di on­la­ra əl tu­ta bi­lər­sən­mi?» İs­lam bu sua­la mən­fi ca­vab ve­rir, çün­ki so­vet ida­rə­lə­rin­də ve­ri­lən əmək haq­qı an­caq çö­rə­yə ça­tır­dı və kənd­də ya­şa­yan qo­ca va­li­deyn­lə­rə ha­lal yol­la kö­mək et­mək­dən söh­bət ge­də bil­məz­di.

İs­lam ra­yon­da bir ay iş ax­ta­rıb kor-peş­man Ba­kı­ya gə­lən­dən son­ra bir­də­fə­lik ba­şa dü­şür ki, da­ha heç vaxt kən­də qa­yı­da bil­mə­yə­cək­dir. Çün­ki kənd­də mühən­dis İs­la­ma yer yox­dur, an­caq əmək­gü­nü­nə iş­lə­yə­cək kö­lə İs­la­ma eh­ti­yac var­dır. Bu isə ata-ana­sına də­rin mə­həb­bə­ti­nə, doğma ocaq­la­rına də­rin bağ­lı­lığı­na bax­ma­ya­raq, İs­lam üçün qə­bu­le­dil­məz­dir. Şə­hər­də heç ol­ma­sa mən­zil al­maq, və­zi­fə tut­maq, adam ara­sına çıx­maq ümi­di var­dır.

«İki gü­nün qo­na­ğı»nda həm İs­la­mın kon­kret ta­le­yi, həm də onun sağ­lam dü­şün­cə­si ay­dın­laş­dı­rır ki, in­san bir par­ça çö­rək ar­dın­ca at­lı ol­duğu hal­da, mad­di müs­tə­qil­lik xə­yal­dan baş­qa bir şey deyil. Belə cə­miy­yət­də in­san kənd­də də, şə­hər­də də ey­ni sə­bəb­dən və şərt­lər­dən bəd­bəxt­dir, na­kam­dır, mə­nə­vi əzab­la­ra, hə­ya­tın də­yi­şə­cə­yi xül­ya­la­rına möh­tac­dır.

Əgər 60-cı illə­rin kənd  nəs­ri­nin şab­lon­la­rını, əsas is­ti­qa­mə­ti­ni, ma­te­ri­al və qəh­rə­man mən­zə­rə­si­ni İsa Hüseynov ve­rir­di­sə, 70-ci il­lər­də döv­rün ən ti­pik və ən ye­ni kənd qəh­rə­man­la­rını İsi Mə­lik­za­də yaradır­dı. İsi Mə­lik­za­də­nin 70-ci il­lər­də ya­rat­dığı kənd mən­zə­rə­si­nin əsa­sın­da­kı ma­te­ri­al isə kən­din so­si­al və mə­nə­vi böh­ra­nı, bu­ra­da ge­dən tə­bə­qə­ləş­mə və bur­jua psi­xo­lo­gi­ya­sının  ya­ran­ma­sı idi. Ona gö­rə kənd­də­ki­lər kənd ya­la­nı ilə, şə­hər­də­ki­lər şə­hər ümi­di ilə ya­şa­yır­lar. Kən­din kök­lü də­yər­lə­ri – ata evi mə­fhu­mu da deq­ra­da­si­ya­ya uğ­ra­yır.

Be­lə dra­ma­tik nə­ti­cə­lər­dən son­ra san­ki İsi Mə­lik­za­də üçün kənd mü­hi­ti­nin mü­qəd­dəs də­yər­lə­ri ara­dan get­di: sağlam dü­şün­cə­li bir adam ki­mi yazıçı ar­zu­lar alə­min­də­ki də­yər­lər­dən yox, ger­çək hə­yat­da, doğma ra­yo­nun­da gör­dü­yü, eşit­di­yi də­yər­lər­dən yazmağa baş­la­dı. Bun­lar sax­ta də­yər­lər ol­sa da, on­lar­dan yazmağa də­yər­di, çün­ki bütün hər şe­yə bax­ma­ya­raq, sev­di­yi kənd mü­hi­ti ar­tıq bu də­yər­lər­lə ya­şa­yır­dı. Kənd­də kos­tyum ge­yib, qals­tuk bağla­yan adam­la­rın ha­mı­sı fər­diy­yət­çi, ta­mah­kar, şəh­vət düş­kü­nü idilər və bu re­al­lıq nə qə­dər acı ol­sa da, pul ha­ki­miy­yə­ti ilə gə­lən əx­la­qi çü­rü­mə­ni yazıçı yaz­ma­lı idi. Ka­sıb, çə­tin, sərt, aman­sız ömür yo­lu ona ro­man­tizm­dən tə­miz­lən­mə­yi, hə­qi­qə­tin üzü­nə düz bax­ma­ğı öy­rət­miş­di.

         Yazıçı kənd­də ge­dən ne­qa­tiv pro­ses­lə­rə nə qə­dər ayıq göz­lə bax­sa da, on­la­rı gö­rüb mə­yus ol­sa da, kən­di, onun sa­də adam­la­rını, tə­miz, sağ­lam, zəh­mət­lə yoğ­rul­muş hə­yat tər­zi­ni ürək­dən se­vir­di. Ədi­bin ək­sər əsər­lə­rin­də olan bu tor­paq və tə­bi­ət sev­gi­si «İki gü­nün qo­na­ğı»nda tra­gik bir ağ­rı ilə, ümid­siz bir fit­ri mə­həb­bət­lə qə­lə­mə alınır­dı. Kən­din su­yu, çö­rə­yi, ka­sıb adam­la­rın sə­mi­mi xoş­gəl­di­ni onun üçün dün­ya­nın ən yük­sək də­yər­lə­ri­nə bə­ra­bər idi.

          Kənddə burjualaşmanın təsviri. İsi Mə­lik­za­də­nin kənd mü­hi­tin­də­ki əsas qəh­rə­man­la­rı tor­paq adam­la­rın­dan çox, bu­ra­da ça­lı­şan or­ta zi­ya­lı­lardan – mu­si­qi­çi­lərdən, hə­kim­lərdən, mü­əl­lim­lərdən və başqalarından ibarət  idi. Onun po­vest­lə­ri çox za­man belə adamların ta­le­yi üzə­rin­də qu­ru­lur. Bu ra­yon zi­ya­lı­la­rı çü­rü­mək­də olan so­vet çi­nov­nik mü­hi­ti­nin qəd­dar­lığı ilə toqquşurlar, kənddə yeni ağaların nə­cib­li­yə və tə­miz­li­yə düş­mən­li­yi ide­ya­sı bə­dii araş­dır­ma­la­rın əsas pred­me­ti olur.

İsi Mə­lik­za­də­nin göstərdiyi  ra­yon zi­ya­lı­la­rının ço­xu  xa­rak­te­ri­nin baş­lı­ca key­fiy­yə­ti ilə onun əsas qəh­rə­ma­nına – sa­dəlövh və tə­miz kənd baş­lan­ğı­cına və in­sa­nına bağ­lı idilər. Ona gö­rə zi­ya­lı, ya da əmək­çi in­sa­nı qəh­rə­man se­çən­də yazıçı­nın baş­lı­ca mə­nə­vi prob­le­mi – tə­miz­lik və mühit, şəf­faf kənd ada­mı və şə­hər tül­kü­lü­yü, məmur qəd­dar­lığı möv­zu­su də­yiş­məz ola­raq qa­lır­dı. Ya­ra­dı­cılığının son on beş ilin­də, 1980-ci il­dən son­ra şə­hər mü­hi­ti yazıçı­nı da­ha az ma­raq­lan­dı­rır və o, əsas diq­qə­ti­ni  kənd­də ge­dən so­si­al və mə­nə­vi pro­ses­lər üzə­rin­də cəm­ləş­di­rir­di.

70-ci il­lər­də Azər­bay­can kən­di sü­rət­lə in­ki­şaf edir, bu­ra­da nə­həng aq­rar-sə­na­ye komp­lek­si for­ma­la­şır­dı. Üzüm­çü­lü­yün, şə­rab­çı­lığın, ba­ra­ma və tü­tün is­teh­sa­lının, kon­serv sə­na­ye­si­nin, pam­bıq­çı­lığın in­ki­şa­fı Azər­bay­can ra­yon­la­rına ümu­mit­ti­faq büd­cə­sin­dən kül­li miq­darda ka­pi­talın, mil­yon­lar­la mad­di və­sai­tin axıb gəl­mə­si­nə sə­bəb olur­du. Kənd tə­sər­rü­fa­tı in­ki­şaf et­dik­cə, aq­rar-sə­na­ye komp­lek­si yük­səl­dik­cə, kənd­də ye­ni bir sa­hib­kar sin­fi for­ma­la­şır, qey­ri-rəs­mi sər­vət top­la­yır, və­zi­fə­lər tu­tur və par­ti­ya mə­mur­la­rı ilə əl­bir olur­du. Bu si­nif, əs­lin­də kən­din ye­ni mül­kiy­yət­çi sin­fi idi və kənd yer­lə­rin­də hə­ya­tın bütün sa­hə­lə­ri­nə nə­za­rət edir, Ba­kı mə­mur­la­rına pul ötür­mək­lə on­lar­la ha­ki­miy­yə­tə şə­rik ol­ma­ğa ça­lı­şırdı. İsi Mə­lik­za­də bu sin­fi kən­din mül­kiy­yət­çi­si ki­mi gö­rür­dü və bu baxış nə­in­ki doğru, ob­yek­tiv idi, üs­tə­lik bütün 70-80-ci il­lər nəs­ri və bütün ədə­biy­ya­tı­mız üçün bö­yük əhə­miy­yə­tə ma­lik idi. Çün­ki yazıçı on­la­rın si­ma­sın­da kən­din ye­ni qəh­rə­ma­nını tap­mış­dı. Bu, kən­din əsl sa­hi­bi olan sa­hib­kar, ka­pi­ta­list si­nif idi.

«Qu­yu» po­ves­ti­. 1976-cı il­də yazıçı kənd­də ye­ni sin­fin ən ti­pik nü­ma­yən­də­si olan kol­xoz səd­ri­nin so­sio­lo­ji portretini ya­ra­dan «Qu­yu» po­ves­ti­ni yaz­dı. Bu əsər yazıçının kənddə gedən prosesləri görməkdə ədəbiyyatın ön xəttinə çıxdığını göstərən bir nümunə idi. Sonralar yazıçı mövzunu dərinləşdirən silsilə əsərlər yazdı və qəhrəmanlar yaratdı. «Çəh­ra­yı dəf­tər»də­ki  OBXSS Fət­tah, Şo­şu, «Dü­yün»də­ki Ço­ban Təh­ma­sib, «İlk qa­zanc» he­ka­yə­sin­də­ki   Hə­şim, «Də­də pa­lıd»da­kı  Na­maz, İd­ri­sov, «Kü­çə­lə­rə su səp­mi­şəm»də Bəh­mən, «Gü­nəş har­da ge­cə­lə­yir»də Ba­rat bu qə­bil­dən olan surət­lər­dir. On­lar ey­ni so­si­al ha­di­sə­ni, ey­ni sin­fi təm­sil edir­lər. İsi Mə­lik­za­də on­la­rı kən­din mad­di is­teh­sa­lının bütün sa­hə­lə­rin­də – mi­lis­də, ti­ca­rət­də, hey­van­dar­lıq­da, ti­kin­ti­də, me­şə­çi­lik­də və s. gö­rür və bə­dii şə­kildə ümu­mi­ləş­di­rir.

          Kol­xoz və sov­xoz sədr­lə­ri­nin ob­raz­la­rı so­vet döv­rü nəs­rin­də çox ge­niş ya­yıl­mış­dı və bir qay­da ola­raq müs­bət təs­vir olu­nur­du . Yal­nız şəx­siy­yə­tə pə­rəs­ti­şin, Sta­lin üsuli-ida­rə­si­nin if­şa­sın­dan son­ra təsər­rü­fat rəh­bər­lə­ri­nin çox­lu mənfi ob­raz­la­rı or­ta­ya çıxdı və bun­la­rı Mir­zə İb­ra­hi­mo­vun «Bö­yük dayağ»ında,  İsa Hü­sey­no­vun po­vest­lə­rin­də gör­mə­yə baş­la­dıq. Sta­li­niz­min tən­qi­di döv­rün­də bu sədr­lər ya­rıt­maz bir iş üsu­lu­nu təm­sil edən, aman­sız, xalq­dan uzaq düş­müş  adam­lar ki­mi təs­vir olu­nur­du­lar.

          Sözü ge­dən pro­ses­lə­ri gö­zəl bi­lən İsi Mə­lik­za­də kənd­də ge­dən ne­qa­tiv pro­ses­lə­rin epik təs­vi­ri­nə yox, yığ­cam prit­ça-po­vest for­ma­sına üs­tün­lük ve­rir­di. Ne­qa­tiv hal­la­rın, ha­rın­la­mış, gözü aya­ğının al­tını gör­mə­yən kol­xoz və sov­xoz rəh­bər­lə­ri­nin  iri mən­fi plan­da təs­vi­ri çox gu­rul­tu­lu nə­ti­cə­lər ve­rə bilər və yazıçı­ya da həm mad­di, həm də mə­nə­vi cə­hət­dən zi­yan gə­ti­rər­di. Bun­dan qaç­maq üçün prit­ça-po­vest­lər çox əl­ve­riş­li idi: on­lar for­ma­ca ki­çik po­vest olsa da, məz­mun­ca əha­tə­li bir so­si­al oçer­kə bən­zə­yir­dilər. Ne­qa­tiv hal­lar­dan, rüş­vət­dən, oğur­luq­dan söh­bət ge­dən­də isə yazıçı ey­ham və işa­rə­lər­dən is­ti­fa­də edir, ne­qa­tiv pro­ses­lə­rin hə­qi­qi mən­zə­rə­si əsər­lər­də­ki təs­vir­lər­dən kə­nar­da qa­lır­dı. Ey­ni üsul­dan «Çəh­ra­yı dəf­tər», «Evin ki­şi­si», «İki gü­nün qo­na­ğı» po­vest­lər­də is­ti­fa­də edil­miş­dir. «Qu­yu» po­ves­ti bu sil­si­lə­nin ən uğur­lu nü­mu­nə­si idi və dərc olu­nan­dan son­ra tən­qid tə­rə­fin­dən yük­sək qiy­mət al­dı.

        Əsə­rin be­lə qar­şı­lan­ma­sı tə­sa­dü­fi de­yil­di: yazıçı özü də ra­yon mər­kə­zi­ni təs­vir edən, bu­ra­da­kı ye­ni pul hök­mran­lığı­nı əks etdirən sin­fi bə­dii şə­kil­də araş­dı­ran əsər­lə­ri­nin da­xi­li bü­töv­lü­yü­nü hiss et­miş­di. Yazıçı say­dığı­mız əsər­lə­rin bir fi­kir əsa­sın­da ya­zıl­dığı­nı, bir-bi­ri­ni ta­mam­la­dığı­nı yax­şı an­la­mış­dı. Nə­ti­cə­də, onun so­sio­lo­ji oçerk xa­rak­ter­li po­vest­lə­ri yaz­maq­da, on­la­rın kom­po­zi­si­ya­sını qur­maq­da, ha­di­sə­lə­ri növ­bə­ləş­dir­mək­də us­ta­lığı da in­ki­şaf edib yük­sək həd­də çat­mış­dı. Ona gö­rə «Qu­yu» tək­cə po­vest-prit­ça yox, həm də oçerk-prit­ça ki­mi sə­ciy­yə­lən­di­ri­lə bi­lir. Bu­ra­da yazıçı­nın ne­qa­tiv fakt­la­rı bə­dii­ləş­dir­mək us­ta­lığı ar­tıq da­ha yük­sək bir sə­viy­yə­də­dir.

         «Qu­yu» po­ves­ti­ni yazıçı üçün sə­ciy­yə­vi olan «sa­də­lövh və yır­tı­cı dün­ya» mövqeyindən də oxu­maq olar: əsər məhz bu mən­tiq­lə qu­ru­lub. Po­ves­tin qəh­rə­ma­nı Umud da Qa­ça­yın (“Evin kişisi”) bir va­ri­an­tı­dır, onun ki­mi təc­rü­bə­siz gənc­dir. Umud da ta­nıma­dığı sərt pul dün­ya­sının bütün sir­lə­ri­ni özü üçün ay­dın­laş­dı­ran­dan son­ra po­vest bi­tir, prit­ça ta­mam­la­nır. Am­ma Qa­çay­dan fərq­li olaraq Umud əsə­rin so­nun­da ona ba­ğış­lan­mış mo­to­sikl­də di­va­ra də­yir. Şüb­hə yox­dur ki, o sağ qa­lır və hət­ta kol­xoz səd­ri Xa­lı­qın qızı ilə ev­lə­nə­cək. Po­ves­tin son­luğun­da bu ba­rə­də heç bir işa­rə yox­dur, am­ma mühüm de­tal var. Zə­də al­sa da, Umud hü­rən itin Pat­ron ol­duğu­nu və onun Pi­ri tə­rə­fin­dən az­dı­rı­lan­dan son­ra qa­yıt­dığı­nı dərk edir. Pat­ro­nun qa­yıt­ma­sı Xa­lı­qın hə­yə­tin­də­ki hə­ya­tın əv­vəl­ki ki­mi da­vam edə­cə­yi­nə işa­rə­dir. Xa­lıq xalq ma­lını ta­la­maq pe­şə­sin­də, Min­gə­çe­vir­də ar­vad sax­la­maq yo­lun­da da­vam edə­cək, ev­də­ki eşq ma­cə­ra­sına ma­ne ol­ma­sın de­yə Sol­ma­zı Umu­dun evi­nə ötü­rə­cəklər, Umud isə sədr Xa­lı­qın rəm­zi qu­yu­sun­dan çı­xa bil­mə­yib on­la­rın hə­ya­tının iş­ti­rak­çı­la­rın­dan bi­ri ola­caq.

          Ona gö­rə tam əmin­lik­lə de­mək olar ki, yazıçı Umu­dun şəx­sin­də sa­də­lövh aləm­dən çı­xıb pul ha­ki­miy­yə­ti­nə tə­rəf ge­dən, bu ha­ki­miy­yə­tə müt­tə­fiq və şə­rik ol­maq yo­lu­nu tu­tan bir gən­cin ob­ra­zını ya­ra­dıb. Be­lə­lik­lə, yazıçı il­lər keç­dik­cə, kən­din sa­də­lövh alə­mi­nin ne­cə par­ça­lan­dığı­nı, çox asan­lıq­la müx­tə­lif so­si­al ka­te­qo­ri­ya­la­ra ayrıl­dığı­nı gös­tə­rir. Be­lə nə­ti­cə ya­zı­çı üçün, onun kənd­də ge­dən tə­bə­qə­ləş­mə­yə münasibəti üçün çox va­cib  idi.

         «Qu­yu» po­ves­ti­ni ye­ni sin­fi təm­sil edən kol­xoz səd­ri Xa­lı­qın so­sio­lo­ji oçer­ki ki­mi də oxu­maq olar. Səd­rin əməl­lə­ri­nə və ai­lə­si­nə mü­na­si­bət­də yazıçı əsər bo­yu zərgər də­qiq­li­yi və həssas­lığı ilə yır­tı­cı sa­hib­ka­ra çev­ril­miş bir səd­rin ob­ra­zını ya­ra­dır. Ma­raq­lı­dır ki, yazıçı Xa­lıqın in­san mas­ka­sını sa­də­lövh­lər­lə ey­ni tə­bi­ət­li təs­vir edir. Yə­ni  sədr nə vaxt­sa Umud ki­mi sa­də­lövh adam­lar­dan ol­muş­dur, am­ma pul mü­hi­ti­nə dü­şən­dən son­ra o, də­yi­şil­miş­, bir ağa ədası ilə ya­şa­ma­ğa baş­la­mış­dır. Xa­lıq kol­xo­zun sürü­sün­dən, Umu­dun qar­da­şın­dan is­tə­di­yi qə­dər hey­van apa­rıb rüş­vət ve­rir və ali təh­sil alır, üs­tə­lik də el­mi iş yaz­dı­rır. Hət­ta ço­ban Kam­ran da gö­rür ki, təh­sil alan Xa­lıq yox, qo­yun­lar­dır. Xa­lıq pul­la el­mi iş yaz­dı­rır və el­mi rəh­bər­lə gö­rüş adı ilə Min­gə­çe­vir­də ikin­ci ar­vad sax­la­yır. Xa­lıqın ai­ləsi əx­la­qi ba­xım­dan da­ğıl­mış, ey­bə­cər ha­la düş­müş­dür. Bu da tə­zə sa­hib­kar­la­rın ai­lə hə­ya­tı üçün sə­ciy­yə­vi idi. Evə do­lan pul ai­lə­nin için­də də in­san­la­rın var­lığı­na ha­kim kə­si­lir, on­la­rı də­yi­şir, on­la­rın hə­ya­ta münasibəti­nə öz mö­hü­rü­nü qo­yur. Pul ha­ki­miy­yət­dir və tə­zə ağa­la­rın evin­də ar­vad­la­rın da ha­ki­miy­yə­ti­ni ya­ra­dır. Xa­lıqın sol­ğun bə­niz­li ar­va­dı Əs­li əri­nin sürü­cü­sü Por­suq Pi­ri ilə eşq­baz­lıq edir. Bu­nu Xa­lıq bil­mə­miş de­yil. Ne­cə ki, Əs­li də əri­nin baş­qa qa­dın­lar­la eyş-iş­rət­də ol­duğu­nu bi­lir.

Xa­lıq əx­laq­sız ar­va­dı Əs­li­nin dil­siz qu­lu tə­si­rini ba­ğış­la­yır. La­kin bu za­hi­rən be­lə­dir. Əs­lin­də Xa­lıq özü üçün qur­duğu iki­li hə­ya­tı qo­ru­maq üçün hər bir na­za dözür. Bu  dözü­mün ba­ha­sı onun öz sər­bəst­li­yi­dir. Xa­lıqın evin­də poz­ğun­luq, şəh­vət düş­kün­lü­yü o həd­də ça­tıb ki, Əs­li sü­rü­cü ilə eşq ma­cə­ra­sının da­vam et­mə­si xa­ti­ri­nə Ağ­dam­da oxu­yan qızı Sol­ma­zı adi vaxt­lar­da «an­qır, ta­yını tap!» sə­viy­yə­sin­də uzaq bil­di­yi Umu­da ver­mə­yə qə­rar­lı­dır.

70-ci il­lə­rə qə­dər kənd­də ha­ki­miyyətə nəzarət edən ra­yon par­ti­ya təş­ki­lat­la­rının bi­rin­ci ka­tib­lə­ri idi. La­kin 70-ci il­lə­rin son­la­rın­dan Azər­bay­can kən­din­də par­ti­ya ha­ki­miy­yə­tin­dən də güclü bir ha­ki­miy­yət – pul ha­ki­miy­yə­ti ya­ran­ır­dı. Hə­min pul ha­ki­miy­yə­ti hər şe­yi sa­tın ala bi­lir­di və alır­dı. O cüm­lə­dən ra­yon par­ti­ya ko­mi­tə­lə­ri­nin rəh­bər­lə­ri­ni də sa­tın alır­dı­lar. Bu mə­na­da, İsi Mə­lik­za­də kən­din ye­ni  sa­hi­bi olan sin­fi nə­in­ki ədə­biy­ya­ta gə­ti­rir, həm də onu hər­tə­rəf­li araş­dı­rır, kənd hə­ya­tının müx­tə­lif sa­hə­lə­rin­də onun fəa­liy­yə­ti­ni qə­lə­mə alırdı. Yazıçı gös­tə­rir ki, bu tə­zə ağa­lar kənd­də hər şe­yi – hət­ta pro­ku­ro­ru, mi­li­si və baş­qa hü­quq-müha­fi­zə or­qan­la­rını da ələ alıb­lar.

Qarabağın taleyi və pessimist motivlər.  İsi Mə­lik­za­də­nin 80-ci il­lər ya­ra­dı­cılığı­nı və xüsusi­lə he­ka­yə­lə­ri­ni araş­dı­rar­kən biz gö­rü­rük ki, Qarabağın taleyi ilə bağlı möv­zu və mo­tiv onun da ya­ra­dı­cılığın­da apa­rı­cı ol­muş­dur. La­kin İsi Mə­lik­za­də nəs­rin­də so­si­al pes­si­mizm öz qə­ləm dost­la­rın­dan, döv­rün apa­rı­cı yazıçı­la­rının ya­ra­dı­cılığın­da gör­dü­yü­müz­dən yax­şı mə­na­da se­çi­lir­di. Sözüge­dən fər­qi biz, ilk növ­bə­də, İsi Mə­lik­za­də­nin bəd­bin qəh­rə­man­la­rının da­ha də­rin so­si­al ana­li­zə əsas­lan­ma­sın­da, prob­le­min qəh­rə­man­la­rın ta­le­yi­nin da­ha də­rin qat­la­rın­da öz ək­si­ni tap­ma­sın­da gö­rü­rük. Bir söz­lə, İsi Mə­lik­za­də­nin nəs­rin­də pes­si­mizm güclü­dür, la­kin bu, bə­dii ma­te­ria­lın da­ha də­rin qat­la­rın­da­dır. Ona gö­rə də bu pes­si­miz­min bə­dii də­yə­ri də adi ağ­la­yan, sınan, hə­ya­tın di­bi­nə mü­qa­vi­mət­siz yuvar­la­nan di­gər yazıçı­la­rın qəh­rə­man­la­rın­dan da­ha yük­sək­dir.

İsi Mə­lik­za­də­nin «Ağ­rı» (1986) ad­lı ay­rı­ca hek­ayə­si də var­dır. Bu he­ka­yə İsi Mə­lik­za­də­nin yet­kin­lik döv­rü­nə xas bir ya­zı­dır və mü­əl­li­fin 80-ci il­lə­rin ikin­ci ya­rı­sına aid əsərləri  üçün sə­ciy­yə­vi olan də­rin bəd­bin­lik not­la­rı və ov­qat­la­rı ilə se­çi­lir. Biz bu he­ka­yə­ni yazıçı­nın av­to­bi­oq­ra­fik ya­zı­la­rın­dan sa­yı­rıq. Çün­ki he­ka­yə­də mü­əl­li­fin yazının əsas qəh­rə­ma­nı olan Şə­ri­fə çox də­rin və aş­kar rəğ­bə­ti əsə­rin ilk cüm­lə­lə­rin­dən hiss olu­nur.

 İsi Mə­lik­za­də­nin 1989-cu il­də Mosk­va ət­ra­fın­da­kı Pe­re­del­ki­no yaradıcılıq evin­də yaz­dığı bir ne­çə he­ka­yə ki­mi, bu əsər­də də ağır bir tra­gizm var­dır. Bu tra­giz­min ən yük­sək nöq­tə­si­ndə dayanan əsər müəl­li­fin hə­min 1989-cu il­də, cə­miy­yə­tin par­ça­lan­ma­sı pro­ses­lə­ri get­di­yi bir vaxt­da yaz­dığı he­ka­yə­lə­rin ən yax­şısı, şüb­hə­siz ki, «Ya­şa­sın de­mok­ra­ti­ya» (1989) ad­lı he­ka­yə­dir. Həc­m eti­ba­rilə bu əsər cə­mi dörd ki­tab sə­hi­fə­si­dir. La­kin məz­mu­n eti­ba­rilə za­ma­nı ifa­də edən ən par­laq ədə­bi abi­də­lər­dən bi­ri­dir. İsi Mə­lik­za­də bu he­ka­yə­ni Ağ­ca­bə­di­də yaz­mış və güman ki, gözü ilə gör­dü­yü ha­di­sə­lə­ri qə­lə­mə al­mış, on­la­ra «qan» mo­ti­vi ilə bağ­lı prit­ça­va­ri, şər­ti bir mə­na ver­miş­dir.

Qa­ra­bağ konf­lik­ti ilə bağlı Ba­kı­da baş ve­rən siyasi pro­ses­lə­rə, mi­tinq­lə­rə, cə­miy­yə­tin əks par­ti­ya və təş­ki­lat­la­ra par­ça­lan­ma­sına  yazıçı çox eh­ti­yat­lı, kon­ser­va­tiv, bir sıra məqam­lar­da isə ne­qa­tiv mü­na­si­bə­t bəsləyirdi. Be­lə fi­kir ənənəsinin yazıçı­nın ay­rı-ay­rı əsər­lə­rin­də məna xət­ti ki­mi, xalq hə­rə­katının pers­pek­tiv­lə­ri­nə bədbin mü­na­si­bət ki­mi ifa­də olun­duğu­nu gö­rü­rük.

La­kin hə­yat özü yazıçı­ya bu ide­ya­la­rı, «in­qi­la­bi və mil­li» pro­ses­lə­rin pers­pek­ti­vi­nə münasibəti bir­mə­na­lı ola­raq ifa­də et­mək üçün im­kan ya­rat­dı və ha­zır bir sü­jet ver­di. 1989-cu ilin ya­yın­da yazıçı Ağ­ca­bə­di­də, doğma və­tə­nin­də olan­da Yov­şan­lı kən­din­də əha­li ilə kə­nar­dan gə­ti­ril­miş kol­xoz səd­ri ara­sın­da­kı konf­lik­ti mü­şa­hi­də et­miş və onun əsa­sın­da sözü­ge­dən he­ka­yə­ni yaz­mış­dır.

Yov­şan­lı kən­di­nin kə­nar­dan gəl­mə kol­xoz səd­ri Nə­zə­rə qar­şı el­lik­lə mü­ba­ri­zə­si iki dam­la su ki­mi Ba­kı­da ge­dən «xalq hə­rə­ka­tına» bən­zə­yir. Hər iki­si «gəl­mə­lə­rə» qar­şı yö­nə­lib və gu­ya xal­qın özünün özünü ida­rə et­mə­si tə­lə­bi­nə bağ­lıdır. Əs­lin­də isə Yov­şan­lı­da de­mok­ra­ti­ya ilə bağ­lı heç nə yox­dur. Kənd­də­ki tay­fa­lar və­fat et­miş kol­xoz səd­ri­nin ye­ri­ni – və­zi­fə­si­ni bö­lə bil­mir­lər. Mü­na­qi­şə uza­nan­da isə ra­yon rəh­bər­li­yi Yov­şan­lı­ya kə­nar­dan kol­xoz səd­ri gön­də­rir. Tə­zə sədr Nə­zər həm də elm­lər na­mi­zə­di­dir. 1989-cu il­də ar­tıq Ba­kı­da kom­mu­nist ha­ki­miy­yə­ti­nin sarsı­l­dığı vaxt­da ra­yon və kəndlər­də də ha­ki­miy­yət­lə he­sab­laş­ma­maq halları var idi, de­mok­ra­ti­ya pər­də­si al­tın­da gə­lir­li və­zi­fə­lə­ri böl­mək uğ­run­da müba­ri­zə ge­dir­di. Be­lə bir qey­ri-sa­bit si­ya­si şə­ra­it­də tə­zə sədr Yov­şan­lı kən­din­də ni­zam-in­ti­zam ya­rat­maq, lax­la­mış tə­sər­rü­fat­da iş­lə­ri qay­da­ya sal­maq is­tə­yir. Bu iş­də mi­li­sin gü­cün­dən is­ti­fa­də edən tə­zə sədr kən­din el­lik­lə ona qar­şı qalx­ma­sı ilə üz­lə­şir və kənd­dən qa­çır.

O, kənd adam­la­rını mi­li­sə ver­di­yi üçün ca­ma­at onun qal­dığı evi mü­ha­si­rə­yə alır: Nə­zə­rin ev­də olub-ol­ma­dığı da bi­lin­mir. Am­ma mi­lis rəi­si mi­li­sio­ner Əli­qu­lu­nu yol­la­yır ki, həm yov­şan­lı­lar Nə­zə­ri tu­tub öz­ba­şına cə­za­lan­dır­ma­sınlar, həm də onun qal­dığı «fins­ki» evi qə­zəb­li ca­ma­at yan­dır­ma­sın. He­ka­yə­də «xalq hə­rə­ka­tının» an­caq üç-dörd xır­da epi­zo­du öz ək­si­ni tap­mış­dır. La­kin bu epi­zod­lar ya­zı­da bö­yük ta­ri­xi pro­se­sin bə­dii-şər­ti mo­de­li­ni ya­rat­ma­ğa im­kan ve­rir.

Mi­li­sio­ner Əli­qu­lu hə­min dövr­də Mosk­va­dan hə­lə tam ası­lı olan Azər­bay­can hö­ku­mə­ti­ni xa­tır­la­dır. Əli­qu­lu da o vaxt­kı hö­ku­mət ki­mi həm rə­is­lə­rin­dən (Mosk­va­dan) qor­xur, həm də möh­tə­şəm xalq hə­rə­ka­tın­dan çə­ki­nir və bu­na gö­rə qə­ti bir hə­rə­kət et­mək gü­cün­dən məh­rum­dur. Əli­qu­lu iki­ti­rə­li və­ziy­yət­də qa­lıb ki­min üs­tün və haq­lı çı­xa­ca­ğını göz­lə­yir. Onun küt­lə­yə de­di­yi söz­lə­rin heç bi­ri sə­mi­mi de­yil. «Xalq hə­rə­ka­tı»nda, de­mok­ra­ti­ya uğ­run­da mü­ba­ri­zə edən­lə­rin için­də əsas adam or­den­li bri­qa­dir Qə­zən­fər­dir. Bütün hə­rə­ka­tı və eti­raz­la­rı təş­kil edən, is­ti­qa­mət­lən­di­rən odur. O, xal­qa müraciət­lə de­yir:

«Yol­daş­lar! İki-üç il qa­baq biz be­lə­cə yığı­şıb ürə­yi­mi­zi bo­şal­da bil­mir­dik! İn­di sək­sən doq­qu­zun­cu il­di! Öl­kə­də aş­kar­lıq, de­mok­ra­ti­ya elan olu­nub! Bi­zə azad­lıq ve­ri­lib! Biz dər­di­mi­zi uca­dan, özü də qorx­ma­dan de­yə bi­lə­rik! Biz Nə­zər ki­mi­lər­lə qa­nun dai­rə­sin­də haqq-he­sab çə­kə bi­lə­rik! Ya­şa­sın de­mok­ra­ti­ya, yol­daş­lar! Ya­şa­sın de­mok­ra­ti­ya!»

Əl­bət­tə, bu söz­lə­ri oxu­yan­da yazıçı­nın 1989-cu ilin ya­yın­da Ba­kı­da Le­nin mey­da­nın­da ge­dən mi­tinq­lə­ri, ora­da boş­bo­ğaz­lıq edən məsu­liy­yət­siz si­ya­sət­baz­la­rı nə­zər­də tut­duğu şək­siz-şüb­hə­siz ay­dın olur. La­kin bu söz­lə­ri de­yən ada­mın öz şəx­si məq­səd­lə­ri var: or­den­li bri­qa­dir Qə­zən­fər özü Yov­şan­lı­da kol­xoz səd­ri ol­maq is­tə­yir. Onun də­fə­lər­lə «ya­şa­sın de­mok­ra­ti­ya» de­mə­sində məqsəd an­caq göz­dən pər­də as­maq, tə­zə sədr­dən na­ra­zı olan kənd ca­maa­tının eti­ra­zın­dan, sa­də­lövh hiss­lə­rin­dən is­ti­fa­də et­mək­dir. Əl­bət­tə, be­lə giz­li, ta­mah­kar niy­yət­lər xalq hə­rə­ka­tının, Qa­ra­bağ mü­ha­ri­bə­si­nin fa­ciə­li, acı məğ­lu­biy­yət­lə, tor­paq­la­rın iti­ril­mə­si ilə ba­şa ça­ta­caq trage­di­ya­sını əks etdirir­di.

Çün­ki al­çaq və xır­da niy­yət­lər ar­tıq xalq hə­rə­ka­tına yol tap­mış, onu da­xil­dən və çox də­rin­dən par­ça­la­mış­dı. Hə­min par­ça­lan­ma­nın ar­xa­sın­da bö­yük ön­də­ri­miz H.Ə.Əli­ye­vin qeyd et­di­yi şəx­si məq­səd­lər du­rur­du. He­ka­yədə ən qiy­mət­li ob­raz xalq küt­lə­si­nin özü, onun qə­zəb və eti­raz­la­rının for­ma­sı, qey­ri-mütə­şək­kil­li­yi­dir. Nə­zə­ri günün gü­nor­ta ça­ğı daş-qa­laq et­mək is­tə­yən küt­lə­nin için­də əsas söz və əməl sa­hib­lə­ri or­den­li bri­qa­dir Qə­zən­fə­rin adam­la­rı­dır. Qaç­mış səd­rin boş evi­nə daş atan­lar, abır­sız söz­lər ya­zan­lar, hər vəch­lə qan çı­xar­maq is­tə­yən­lər onun adam­la­rı­dır. Yazıçı mü­təşək­kil ol­ma­yan, öz sa­diq li­der­lə­ri­ni ye­tiş­dir­mə­miş, hə­lə küt­lə ha­lın­da olan xal­qın fa­ciə­si­ni, Qa­ra­bağ mü­ha­ri­bə­si­nin nə­ti­cə­lə­ri­ni əv­vəl­cə­dən gö­rür və bu­nun üçün na­ra­hat olur­du.

Qa­ra­bağ mü­ha­ri­bə­si­nin ar­tıq baş­lan­dığı il­də İsi Mə­lik­za­də­nin ov­qa­tın­da qan və ölüm mo­tiv­lə­ri get-ge­də qa­ba­rıq­la­şır. Bu tra­gizm əh­val-ruhiyyəsi daha çox İsi Mə­li­kza­də­nin Qa­ra­bağ mü­ha­ri­bə­si­nin pers­pek­tiv­lə­ri ilə bağ­lı bəd­bin göz­lən­ti­lərin­dən irəli gə­lirdi. Yazıçı hə­qi­qi və bö­yük bir fəhm ilə, san­ki bütün var­lığı ilə, şüu­ru­nun bütün qat­la­rı ilə xal­qı­mı­z üçün tra­gik it­ki­lə­rin yaxın­laş­dığı­nı du­yur­du.

He­ka­yənin par­laq, çox­mə­na­lı, hə­lə 1989-cu il­də Qa­ra­bağ ət­ra­fın­da bi­zi göz­lə­yən fa­ciə­lə­ri proq­noz edən, ön­cə­dən gö­rən son­luğu döv­rün ədə­bi pro­se­sin­də əsl ha­di­sə idi. Xüsusi­lə dem­ok­ra­ti­ya ilə bağ­lı cə­miy­yə­tin o za­man­kı göz­lənti­lə­ri yazıçı tə­rə­fin­dən küt­lə ob­ra­zı və onun fo­nun­da qiy­mət­lən­di­ri­lir. Yazıçı­nın ya­ra­dı­cılığın­da ilk də­fə ola­raq «sa­də­lövh­lük», kənd tə­miz­li­yi mən­fi ob­raz ki­mi gö­rü­nür. Bu isə İsi Mə­lik­za­də­nin hə­ya­ta, kən­də xas əx­la­qi də­yər­lə­rə münasibətin­də bir ad­dım, bir hə­qi­qət anı idi.

         «Ya­şa­sın de­mok­ra­ti­ya!» he­ka­yə­si­nin bə­dii və fik­ri uğu­ru on­da idi ki, bu­ra­da hərəkat dövründə ilk də­fə ola­raq küt­lə­nin mən­fi ob­ra­zı ilə rast­la­şı­rıq. Qa­ra­bağ mü­ha­ri­bə­si baş­la­dıq­dan son­ra küt­lə ob­ra­zı hə­lə ic­ti­mai fi­kir­də ro­man­tik bir ob­raz idi, az qa­la xalq ob­ra­zına yaxın bir mə­na yü­kü da­şı­yır­dı. O za­man küt­lə­nin mən­fi ob­ra­zını ya­rat­maq, on­da müs­bət ener­ji və xal­qın bir­li­yi­ni gös­tər­mək iq­ti­da­rın­dan baş­qa – bö­yük bir mən­fi, da­ğı­dı­cı, xa­os ­tö­rə­di­ci po­ten­sia­lın ol­duğu­nu gör­mək – yazıçı­nın və­tən­daş­lıq hü­nə­ri idi.

          He­ka­yə­yə fi­kir və bə­dii ba­xım­dan ye­ku­nu mi­li­sio­ner Əli­qu­lu öl­müş itin be­lin­dən «Nə­zər» ya­zıl­mış ağ par­ça­nı aça-aça de­di­yi söz­lərlə vu­rur:

«Mən Yov­şan­lı­la­ra bə­lə­dəm: qan gör­mə­sə­lər, ra­hat ol­mur­lar.»

          Yazıçı­nın adi mi­lis nə­fə­ri­nin di­li ilə səs­lən­dir­di­yi fi­kir əsərin əsas fəlsəfi nəticəsi idi. Ha­ki­miy­yət sa­hib­lə­ri çox qə­dim za­man­lar­dan küt­lə­vi üs­yan­la­rı, eti­raz­la­rı, qiyamla­rı məhz qan gös­tər­mək, qan tök­mək­lə ya­tı­rıb­lar. Bu qan­tök­mə­lər isə hə­mi­şə in­san­la­rın – küt­lə­lə­rin iş­ti­rak et­di­yi, top­laş­dığı mey­dan­lar­da küt­lə­vi edam­lar təş­kil et­mək­lə ic­ra edi­lib. Hər qi­yam­dan son­ra küt­lə­vi və küt­lə üçün nə­zər­də tu­tu­lan can­lı edam­lar təş­kil edil­miş­dir. Bu da in­san ta­ri­xi­nin bir si­fə­ti və bir qa­nu­nu­dur.

            Xilaskar təbiət mövzusu. İlk əsər­lə­rin­dən baş­la­ya­raq İsi Mə­lik­za­dənin əsərlərindəki əsas qəh­rə­ma­nların tə­mizliyi və sa­də­lövh­lü­yü tək­cə qəh­rə­man yox, həm də baş­lı­ca sü­jet­ya­ra­dı­cı ele­ment idi, bir növ yazıçı­nın fər­di mi­fi idi. Sa­də, tə­miz kənd ada­mı şə­hə­rin fər­diy­yət­çi və eqo­ist hə­qi­qət­lə­ri ilə toq­qu­şur. Əs­lin­də, sa­də olan bu mi­fin ən müx­tə­lif va­ri­ant­la­rını ya­rat­maq­la İsi Mə­lik­za­də­nin nəsri də in­ki­şaf edib yet­kin­lə­şir­di, onun sü­jet və in­tri­qa­la­rı mə­nə­vi-əx­la­qi ba­xım­dan zən­gin­lə­şir, də­rin­lə­şir­di. 60-cı il­lə­rin so­nu­na qə­dər «sa­də­lövh kənd­li və qəd­dar dün­ya» əks­li­yi hə­lə mürəkkəb de­yil­di, da­ha doğ­ru­su, yazıçı bu mi­fin də­rin­li­yi­nə və mürəkkəb­li­yi­nə enə bil­mir­di.

«Də­də pa­lıd»  İsi Mə­lik­za­də­nin «sa­də­lövh in­san - qəd­dar dün­ya» əks­li­yi üz­rə yaz­dığı so­nun­cu po­vest idi. Yazıçı­nın so­nun­cu sa­də­lövh qəh­rə­ma­nı Ba­ğır ki­şi onun tə­biə­tə si­ta­yiş edən tə­zə qəh­rə­ma­nı Nur­cab­bar­la əks qütb­də du­rur­lar və hət­ta Nur­cab­bar Ba­ğır ki­şi­nin gözünü aç­maq is­tə­yir, onu na­ğıl­la­rın­dan bi­ri­nə sa­lır. Nur­cab­bar nə­in­ki sa­də­lövh de­yil­dir, o özü­nə gö­rə bö­yük id­dia­lıdır və bu id­dia­nın bir te­zi­si də onun tə­biə­tin di­li­ni bil­mə­si, tə­bi­ət­lə da­nış­ma­sı­dır. Mü­əy­yən nöq­te­yi-nə­zər­dən, Nurcab­bar­da pey­ğəm­bər­lik id­dia­sı var­dır. Nurcab­bar­da tə­biə­tə mis­tik bir inam var. Ca­na­var­lar­la vu­ruş­duğu­nu yu­xu­da gö­rən­dən son­ra o, oya­nır və qan-tər için­də Kü­rün qı­ra­ğına dər­di­ni de­mə­yə ge­dir. Nur­cab­bar əbə­di­li­yi də tə­bi­ət­də gö­rür, çün­ki in­san nə­sil­lə­ri ölüb get­sə də, Kür axır, me­şə­lər du­rur, ay ye­nə hər ax­şam öz gü­mü­şü nu­ru­nu adam­la­rın üs­tü­nə sə­pə­lə­yir...

Be­lə­lik­lə, tə­bi­ət İsi Mə­lik­za­də­nin dün­ya­gö­rü­şü­nün, hə­ya­ta, əbə­diy­yə­tə, in­san mü­na­si­bət­lə­ri­nə ba­xı­şının ye­ni po­zi­tiv bü­növ­rə­si olur. Əs­lin­də, tə­bi­ət – sa­də­lövh in­san prob­le­mi­nin da­ha ge­niş, da­ha fəl­sə­fi bir miq­yas­da dərk edil­mə­si tə­şəb­bü­sü idi. Bu tə­şəb­bü­sə eh­ti­yac on­dan do­ğur­du ki, hə­ya­tı və in­san­la­rı da­ha də­rin­dən dərk et­dikcə İsi Mə­lik­za­də üçün hə­ya­tın po­zi­tiv is­ti­nad nöq­tə­si­ni in­san məh­fu­mun­da gör­mək və bu ina­mı sax­la­maq get-ge­də da­ha çə­tin olur­du. Ən çox ona gö­rə ki, sa­də­lövh­lük – əməl­də xe­yir­dən çox şə­rə xid­mət edir. Yazıçı­nın nif­rət et­di­yi mü­ti­li­yin, ya­zıq­lığın, fa­ğır­lığın, mə­na­sız qəd­dar­lığın kö­kün­də də çox za­man sadəlövhlük durur. Tə­biə­tin mə­nə­vi xi­las­kar ki­mi, tə­mən­na­sız­lıq və tə­miz­lik baş­lan­ğı­cı ki­mi təq­di­mi­nə yazıçı hə­lə 1978-ci ildə yaz­dığı «Ya­şıl ge­cə» po­ves­tin­də tə­şəb­büs et­miş­di. For­mal ola­raq, ya­zı­lış ta­ri­xi eti­ba­rilə bu po­vest ra­yon mər­kə­zi­nin so­sio­lo­ji-bə­dii təh­li­li­nə həsr olun­muş sil­si­lə­yə aid­dir. La­kin hə­min sil­si­lə­nin ide­ya-prob­lem əsas­la­rı bu po­vest­də o qə­dər də qüv­vət­li de­yil­dir. Ək­si­nə, bu­ra­da Qə­ri­bin xəs­tə­li­yi­nin əks qüt­bü ki­mi qo­ruq möv­zu­su, bu­ra­da baş ve­rən ha­di­sə­lər apa­rı­cı­dır. «Ya­şıl ge­cə»də ra­yon mər­kə­zin­də­ki mə­nə­vi deq­ra­da­si­ya möv­zu­su apa­rı­cı ol­sa da, bu­ra­da ar­tıq yır­tı­cı sa­hib­kar sin­fin nü­ma­yən­də­si ob­ra­zı, bö­yük sər­vət sa­hi­bi olan mə­mur ob­ra­zı yox­dur.

           1980-ci ildə «Azər­bay­can» jur­na­lın­dan ge­dən­dən son­ra yazıçı açıq-aş­kar bəd­bin­ləş­miş­di və nis­bə­tən az ya­zır­dı. O, ən böh­ran­lı vaxt­la­rın­da ata oca­ğına – Ağca­bə­di­də­ki ev­lə­ri­nə üz tu­turdu. 1982-1983-cü il­lər­də yazıçı fa­si­lə­lər­lə ya­şa­dığı Ağ­ca­bə­di­də özünün ən par­laq əsər­lə­rin­dən bi­ri­ni – «Gü­müşgöl əf­sa­nə­si» po­ves­ti­ni yaz­dı. Bu əsər onun in­san və tə­bi­ət, düz­lük və xə­ya­nət, is­te­dad və mü­hit ba­rə­də ağır dü­şün­cə­lə­ri­nin nə­ti­cə­si idi. Bu­ra­da­kı ağrı­lı məqam­la­rın ha­mısın­da av­to­bi­oq­ra­fik nöqtələr var idi. Yazıçı gö­zəl xalq əf­sa­nəsin­dən, əs­lin­də öz öm­rü­nün, ta­le­yi­nin ağ­rı­lı nə­ti­cə­lə­ri­ni ifa­də et­mək üçün is­ti­fa­də et­miş­dir.

           İsi Mə­lik­za­də, əslində bütün ya­ra­dı­cılığı ilə bir şe­yi yaz­mış­dı – özünün ürə­yi is­tə­yən tə­bii hə­yat­la ya­şa­ya bil­mə­mə­yi­nin ta­rix­çə­si­ni.

           «Gü­müşgöl əf­sa­nə­si» əs­lin­də bu ta­rix­çə­nin fəl­sə­fi his­sə­si idi. Yazıçı yığ­cam bir po­vest­də bütün ya­ra­dı­cılığı ilə de­dik­lə­ri­ni ümu­mi bir əf­sa­nə şək­li­nə sal­mış­dı. Po­vest­də üç əsas qəh­rə­man – Or­xan, Ağbə­yim və Bə­növ­şə üç müx­tə­lif taleyi əks et­di­rir. La­kin bu talelərin ha­mı­sı tə­bi­ət və tə­bii hə­yat prob­le­mi ilə bağlı­dır.

           Or­xan – iti­ril­miş tə­bi­ət və tə­bii­lik prob­le­mi ilə bağ­lı­dır. Yazıçı özü­nə bən­zər­lik­lə­ri uzaq­laş­dır­maq üçün onu kənd­li ba­la­sı ki­mi yox, İçə­ri­şə­hər­də do­ğu­lub ər­sə­yə gəl­miş bir zi­ya­lı ki­mi təs­vir edir. Or­xan möv­zu­su qlo­bal bir möv­zu­dur. O, tə­bii­li­yi və tə­biə­ti itir­miş müasir in­sa­nın, ur­ba­ni­za­si­ya­nın sü­ni bir hə­ya­ta məh­kum et­di­yi şə­hər ada­mının ob­ra­zı­dır. Or­xan­da yazıçı­nın öz bi­oq­ra­fi­ya­sın­dan gə­lən əsas cə­hət – tam ürə­yi­nə ya­tan tə­bii bir hə­yat ax­ta­rı­şı­dır. Əs­lin­də, bu ax­ta­rış de­di­yi­miz şey müasir in­sa­nın mə­nə­vi mü­va­zi­nə­ti­ni po­zan əsas prob­lem­dir. İn­san­lar ləz­zət­li, gözü se­vin­di­rən şey­lər­lə do­lu hə­yat ar­dın­ca şə­hə­rə gə­lib­lər və bö­yük şə­hər­lər ti­kib­lər. Am­ma şə­hər­də ya­şa­yan­dan son­ra mə­lum olur ki, ləz­zət­lər də, gözü se­vin­di­rən şey­lər də nə­sə sü­ni­dir, yad­dır – bir söz­lə, tə­bii de­yil. Or­xa­nın hə­yat dra­mın­da bu kol­li­zi­ya­nın ifa­də­si­ni gö­rü­rük.

           Yazıçı onu bir şə­hər ti­pi ki­mi də bütün tə­fər­rüa­tı ilə qə­lə­mə al­mış­dır. O, İçə­ri­şə­hərdə köh­nə mə­həl­lədə do­ğu­lub, ali təh­sil­li xal­ça­şü­nas alim­dir. Ana­sı Fat­ma hə­kim sa­hə hə­ki­mi­dir, oğ­lu­na «Ji­qu­li» də alıb. Or­xan xal­ça­çı­lıq üz­rə el­mi iş ya­zır. El­mi rəh­bə­ri Xür­rəm mü­əl­lim ona məs­lə­hət bi­lir ki, da­im kənd­lə­ri gəz­sin və el sə­nət­kar­la­rını, sa­va­dı ol­ma­yan is­te­dad­lı xal­ça­çı­la­rı tap­sın, on­la­rın təc­rü­bə­sin­dən, rəng və il­mə üslubun­dan öy­rən­sin. Lakin o, dağ kəndinə gəlib romantik bir macəraya düşür. Orxanın yaşadığı macəra insanın təbiilik istəklərinin ziddiyyətli  təbiətini ortaya çıxarır: mütləq təbiilik əxlaqla və mədəniyyətlə əkslik yaradır. Əsərdəki tragizmin məzmunu belədir.

         «Qır­mı­zı ya­ğış»  ai­lə ta­rix­çə­si ki­mi ya­zıl­sa da, əs­lin­də, tə­rə­kə­mə ai­lə tər­zi­nin ta­mam sıra­dan çıxdı­ğını bə­dii şə­kil­də gös­tə­rən əha­tə­li bir ro­man­dır. Ələm əsə­rin so­nun­da qa­rı­sı ilə tək qa­lır: onun ye­ga­nə tə­səl­li­si uşaq­lıq­da ol­duğu ki­mi ço­maq gö­tü­rüb qo­yun otar­maq, tə­bi­ət­lə çölçü ün­siy­yə­ti­nin fey­zi­ni ara­maq­dır. Ro­ma­nın so­nun­da Ələ­mi öz ba­la­ca sü­rü­sü ilə dar bir yol­da gö­rü­rük: bu yol pam­bıq və üzüm sa­hə­lə­ri­nin tu­tduğu Mu­ğan çöl­lə­rin­də Yov­şan­lı ca­maa­tı üçün qa­lan ye­ga­nə örü­ş­dür. Ələm bu yol­la hey­van­la­rını sü­rüb sər­bəst, boş örü­şə çıx­maq is­tə­yir, la­kin yol bi­tən­də üfüq­də qır­mı­zı bu­lud­lar gö­rü­nür. Bi­r az­dan mö­cü­zə baş ve­rir: qır­mı­zı ya­ğış yağ­ma­ğa baş­la­yır. Bu ya­ğış – yazıçı­nın di­gər əsər­lə­rin­də gör­dü­yü­müz fə­la­kət, yaxın­la­şan faciə mo­ti­vi­nin ye­ni va­ri­ant­da tək­ra­rı­dır. Bu ro­ma­nın ya­zıl­dığı 1984-cü il­də bu faciəyə ar­tıq dörd il qal­mış­dı. «Qır­mı­zı ya­ğış» İsi Mə­lik­za­də­nin kən­din so­sio­lo­ji-bə­dii təh­li­li­nə həsr olun­muş po­vest­lər silsi­lə­si­nə də aid edi­lə bi­lər. Çün­ki bu­ra­da tə­bi­ət və tə­bii­lik möv­zu­su ilə ya­na­şı, 70-80-ci il­lər­də ra­yon mü­hi­tin­də baş ve­rən qa­nun­suz, qəd­dar pro­ses­lər də öz ək­si­ni tap­mış­dır.

İsi Mə­lik­za­də­nin yığ­cam po­vest­lə­rin­də 60-70-ci il­lər­də So­vet cə­miy­yə­ti­nin da­xi­lin­də ge­dən mə­nə­vi və əx­la­qi deq­ra­da­si­ya, mə­mur və təsər­rü­fat rəh­bər­lə­ri­nin bur­jua­laş­mış bir sin­fə çev­ril­mə­si, kor­rup­si­ya­nın döv­lət me­xa­niz­mi­nin ay­rıl­maz bir ün­sü­rü­nə dön­mə­si pro­se­si döv­rün hər han­sı di­gər yazıçı­sın­dan da­ha ay­dın və bir­mə­na­lı şə­kil­də ək­si­ni tap­mış­dır.

Yazıçı­nın ilk ba­xış­da sa­də­lövh gö­rü­nən əsər­lə­rin­də so­si­al təh­lil və ön­cə­gör­mə qa­bi­liy­yə­ti müasir­lərin­dən da­ha yük­sək və əya­ni idi. So­si­al pro­ses­lə­rin qov­şa­ğı olan ba­la­ca ra­yon mər­kə­zi­nin tim­sa­lın­da yazıçı bütün Azər­bay­can cə­miy­yə­ti­nin so­si­al oçerk­lə­ri­ni ya­rat­mış­dır. Lakin tə­əs­süf­lə qeyd et­mə­li­yik ki, döv­rün tən­qi­di onun ya­ra­dı­cılığı­na la­zımi qiy­mət ve­rə bil­mə­mişdir.