Həyatı və fəaliyyəti. 1960-1970-ci illərdə  tənqid və ədə­biy­yatşünaslığın əsas nümayəndələrindən biri Bəkir Nə­biyev idi. Ədə­biyyat elminin ağ­saq­qa­l­la­rın­dan sayılan Bəkir Əhməd oğlu Nə­bi­yev 1930-cu ildə Vətənin gözəl gu­şə­lə­rin­dən olan Ağdaş rayo­nunun Üçqovaq kən­dində anadan olmuşdur. Bəkir Nəbi­yev 1954-cü ildə Bakı Dövlət Uni­ver­si­te­ti-nin Filologiya fakültəsini əla qiym­ə­t­lər­lə bitirərək 1957-1959-cu il­lər­də hə­min təhsil oca­ğı­nın aspiranturasına daxil ol­muş, 1960-cı ildə namizədlik, sonra isə dok­torluq dis­ser­ta­si­ya­la­rı­nı müdafiə etmişdir. O, “İnşaatçı”, “Azər­baycan gəncləri”, “Ko­m­munist” qəzetlərinin redaksi­ya­la­rın­da  müxbir, tərcüməçi, şö­bə müdiri vəzifələrində çalışmışdır. Ədib 1961-ci ildən Elmlər Aka­de­miyası sistemində işləməyə baş­la­mış və bu günəcən bu fəaliy­yətini davam etdirir.

Alim on beş ildən artıq bir dövrdə EA-nın Nizami adına Ədə­­biyyat Muzeyinə rəhbərlik etmişdir. Sonra EA-nın Ədəbiyyat, dil və incəsənət bölməsinin akademik katibi seçilmiş və bu məsul sa­hə­də on üç ilə qədər çalışmış, profil institutlara elmi istiqamət ver­­mişdir. Bəkir Nəbiyev 1980-ci ildə professor elmi adını almış, 1982-1986-cı illərdə Azərbaycan Mədəniyyət Fondunun sədri ol­muş­dur. Alim 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının hə­qiqi üzvü seçilmişdir.

Bəkir Nəbiyevin Azərbaycan ədəbiyyatı problemlərinə həsr olun­­muş 50 kitabı, 800-dən çox məqaləyə resenziyaları işıq üzü gör­müşdür. Alim dəfələrlə ABŞ, Danimarka, Rusiya, Türkiyə,  Yaponiya, İran, Səudiyyə Ərəbistanı, Çin, Yunanıstan kimi ölkələrdə elmi konfrans və simpoziumlarda iştirak etmişdir. Onun elmi rəhbərliyi altında 40 namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur. Ədibin gərgin və sanballı elmi fəaliyyəti  dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərinə görə müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu, SSRİ-nin «Xalqlar dostluğu», Azərbaycanın «Şöhrət», “İstiqlal” ordenləri, «Hacı Zeynalabdin Tağıyev», «Məmməd Araz», «Ustad», Beynəlxalq TİKA  mükafatları ilə təltif edilmişdir. Bəkir Nəbiyev Azərbaycan Dövlət, «Qızıl qələm» mükafatları laureatı, Əməkdar Elm Xadimidir.

Ədəbi-tənqidi fəaliyyəti. Bəkir Nəbiyev öz tənqidçi qələ­mini də heç zaman yerə qoymamış, ömrünün altmış ilə yaxın bir döv­rünü müasir ədəbiyyatın aktual problemləri, sovet ədə­biy­ya­tı­nın tanınmış nümayəndələrinin kitabları və əsərləri barədə tənqidi ya­­zılar yazmağa həsr etmişdir. Onun S.Vurğun, S.Rüstəm, Ə.Va­hid, O.Sarıvəlli, M.Rahim, Ə.Vəliyev, S.Rəhimov, S.Rəhman ki­mi şair və ədiblərin yaradıcılığı barədə sanballı tənqidi yazıları və təd­qiqatları işıq üzü görmüşdür. Bəkir Nəbiyev eyni zamanda, za­ma­nı duyan və dərk edən istedadlı publisistdir. Xalqın, cə­miy­yə­tin həyatında çox az əlamətdar hadisə ola blər ki, Bəkir Nəbiyev ona əks-səda verməsin, fəal bir vətəndaş kimi mövqeyini bild­ir­mə­sin. Buna görə o, bəzən tənqid olunsa da, öz mövqeyinə sadiq qal­mağa çalışmış və bu gün də sadiqdir. Partiyalı publisistikanın və tənqidin xalqla, onun qayğıları ilə bağlı olan ən yaxşı ənənələri ədi­bin qələmində yaşayır və ədəbiyyata, insanlara xidmət edir.

 B.Nəbiyev ədəbi fəaliyyətə qəzetçilikdə başlamış, “Kom­mu­nist” qəzetində  şöbə müdiri olmuşdur. Mətbuatdan ayrıl­dıq­dan sonra o, Nizami adına Ədəbiyyat İnstitutunda  şöbə müdiri, Ədə­biyyat Muzeyində direktor vəzifələrində çalışmışdır. Alim 1967-ci ildə çap olunmuş iki cildlik “Azərbaycan sovet ədəbiyyatı ta­ri­xi”nin əsas müəlliflərindən və redaktorlarından olmuşdur. O, uzun zaman Elmlər Akademiyasının ədəbiyyat, dil, incəsənət sa­həsi üzrə akademik katibi olmuş, 2006-cı ildən isə Nizami adına Ədə­biyyat İnstitutunun direktorudur.

Mətbuatda, xüsusilə partiya mətbuatında çalışdığı zaman top­ladığı təcrübə alimin elmi fəaliyyətində də karına gəlmiş, Ni­za­mi adına Ədəbiyyat İnstitutunun  Sovet ədəbiyyatı şöbəsində işlə­məyə başlayandan sonra institutun buraxdığı elmi nəşrlərin ha­zır­lanmasında və xüsusilə redaktə edilməsində yaxından iştirak etmiş­dir. Onun redaktor imzasını ədəbiyyatçı alimlərin onlarca kita­bının üzərində də görmək mümkündür. Bir elmi redaktor kimi Bə­kir Nəbiyev nə qədər məsuliyyətli və tələbkardırsa, bir o qədər də demokratikdir, müəlliflərin, ilk növbədə fikirlərinə və möv­qe­lə­ri­nə, sonra isə fərdi üslubuna hörmətlə yanaşan elm ağ­saq­qa­lı­dır.

Bəkir Nəbiyev bir tənqidçi kimi sovet dövrü poeziyasına da­ha geniş maraq göstərmiş, peşəkar poeziya tənqidçisi kimi nü­fuz və hörmət qazanmışdır. O, poeziyanı, Azərbaycan şer dilinin inc­əliklərini dərindən duyan, lirik şerlərin təhlilində yüksək zövq və həssaslıq nümayiş etdirən bir qələm sahibidir. Bu xüsusiyyət həm də onun şəxsiyyətindən, bu şəxsiyyətin daxili həssaslığından, köv­rəkliyindən irəli gəlmişdir. O, milli poeziyamızı bir şair ürəyi ilə sevən, duyan qələm sahibidir. Ona görə də şairlər onun nü­fuz­lu sözünü eşitməyə ehtiyac hiss edir, bu sözə daim maraq gös­tə­rir­lər.

Alimin qələmindən çıxan “Azərbaycan klassik poeziyası və is­la­mi dəyərlər”, “Nəsirəddin Tusinin şeir dünyası”, “Səməd Vur­ğun haqqında etüdlər”, “Müqtədir qəzəlxan” (Ə.Vahid), “Əbə­diy­yə­tə qovuşan sənətkar” (Xəlil Rza), “Şerimizin ağbirçəyi”, “Mey­dan kiçik olsa da...”(Hüseyn Kürdoğlu” kimi[1] əhatəli məqalələri  ədə­bi tənqidi fikrimizin diqqətəlayiq nümunələrindəndir. Alim bir sıra rəsmi dövlət yığıncaqlarındakı aparıcı məruzələrilə diqqəti cəlb etmişdir.

Bəkir Nəbiyevin ədəbi fəaliyyəti 60 ilə yaxın bir dövrü əhatə edir: bu dövrdə o ədəbiyyatımızın bütün əsas yaradıcıları ilə ünsiyyətdə olmuş, onların haqqında məqalələr və resenziyalar yazmışdır. Ədibin qələmindən çıxan xatirələrdə ədəbiyyatımızın sal­na­məsini bilmək, həyatdan getmiş ədəbiyyat adamlarının şəx­siy­yə­tini gənc nəslə tanıtmaq baxımından mühüm əhəmiyyətə ma­likdir. Onun akademik Ziya Bünyadov, Mirzə İbrahimov, Qulu Xəli­lov, Yaşar Qarayev, Turan Cavid, Xəlil Rza haqqında xa­ti­rə­lə­ri müşahidlərin canlılığı, yaddaşın itiliyi ilə oxucunun yadında qa­lır.

Monoqrafiyaları. Onun  namizədlik dissertasiyası  gör­kəm­li ədabiyyatşünas Firudin bəy Köçərliyə  həsr  olunmuşdur.[2] F.Kö­çərli alim üçün çox maraqlı bir hadisə idi: Köçərli bir tərəf­dən  təzkirə ədəbiyyatşünaslığının son nümayəndəsi, o biri tə­rəf­dən isə yeni analitik ədəbiyyatşünaslığın əsasını qoyanlardan biri idi. Qori Müəllimlər Seminariyasında ana dilindən dərs deyən bu şəx­siyyət ana dilində yazmış sənətkarlarımızın mətnlərinin top­lan­ma­sında və sistemli şəkildə təqdim edilməsində mühüm rol oy­na­mış­dır. Firudin bəy öz iki cildlik kitabını həm də tələbələri üçün müntəxəbat kimi də nəzərdə tutmuşdu. Ona görə onun mo­noq­ra­fi­yasında əsərlərdən verilən uzun nümunələr çoxdur.

Buna baxmayaraq, tədqiqatçı Köçərlinin Molla Pənah Va­qif­dən bəri ana dilində yazan şairlərimizin mətnlərinə marağını, bu mətnlərin taleyi barədə informasiya vermək təşəbbüsünü yük­sək qiymətləndirir. Eyni zamanda, göstərir ki, Köçərli sözügedən şair­lərin və yazıçıların tərcümeyi-halını yaratmaq vəzifəsinə də cid­di əhəmiyyət vermiş və o zaman hələ bir yerə toplanmamış əlyazmalarını və mənbələri toplayıb nəzərdən keçirmişdir. Ona görə, yazı üslubunda müntəxəbat əlamətləri olsa da, Firudin bəy Köçərlinin ədəbiyyat tarixi XX əsrin əvvəllərində  bu istiqamətdə aparılan tədqiqatların ən yaxşılarından birincisi  idi. Bu kitablar, xüsusilə Vaqiflə başlanan, xanlıqlar dövründə çiçəklənən ana dilli ədəbiyyatın sistemli tarixini yaratmaq, ədəbi materialları toplayıb sistemləşdirmək baxımından mühüm tarixi iş idi.

 “Böyük Vətən Müharibəsi və Azərbaycan ədəbiyyatı” ki­ta­bı[3]  alimin doktorluq dissertasiyası olmuşdur. Ümumiyyətlə, ali­min Köçərli haqqında işindən sonrakı elmi marağı sovet dövründə ya­ra­nan ədəbiyyatla bağlıdır. Alim fəal bir tənqidçi olmaqla yan­a­şı, elmi  fəaliyyətini də davam etdirmiş, elmi fikrimizi qiymətli təd­qi­qatları, monoqrafiyaları ilə zənginləşdirmişdir.

 “Böyük Vətən Müharibəsi və Azərbaycan ədəbiyyatı” ali­min ən fundamental əsəridir. Bu əsərdə B.Nəbiyev ilk dəfə olaraq,  mü­ha­ribə dövrü ədəbiyyatını zəngin faktik material əsasında araş­dır­mış,  ədəbi sözün faşizmə qarşı mübarizədə böyük rolunu a­ş­ka­ra çıxarmağa çalışmışdır.  Əsər iki hissədən ibarətdir. Birinci hissənin üc fəsli müharibə dövrünün maraqlı ədəbi prosesinə həsr edilmişdir. Bu hissədə ən böyük maraq doğuran fəsillər poeziya və nəsrə aiddir. Alim poeziyanın dava illərindəki inkişafına xüsusi önəm  vermiş və bu dövrdə yaranan vətənpərvər, antifaşist poeziyanı geniş təhlil etmişdir. Ədib bu illərdə S.Vurğunun, S.Rüstəmin, M.Rahimin, O.Sarıvəllinin yaratdığı qiymətli şeir nümunələrini məhəbbətlə araşdırmışdır.

Dava illərində yaranan nəsr,  publisistika və dram əsrləri bu mo­noqrafiyanın  sonrakı  fəsillərində araşdırılmışdır. Aydın məsə­lə­dir ki, lirik şeirin operativ imkanları nəsr və dramda yox idi. O bi­ri tərəfdən, bu janrlarda yaxşı əsərlərin yaranması üçün vaxt la­zım idi. Lakin bu çətinliklərə baxmayaraq, S.Rəhimov, Ə.Məm­məd­xanlı, İ.Əfəndiyev kimi yazıçılarımız qələbəyə səsləyən əsər­lə­rin yaradılması üçün əllərindən gələni əsirgəmirdilər. Onların qə­lə­mindən çıxan əsərlərdə tələskənlik duyulsa da, dövrün, xalqın qələ­bə­sinin təməlində dayanmış ideyaların bədii ifadəsi özünü qabarıq göstərirdi.

Monoqrafiyanın ikinci hissəsi müharibə bitəndən sonra ya­ra­nan ədəbi əsərlərdə müharibə mövzusunun işlənməsinə həsr edil­mişdi. Burada müharibəyə həsr olunan roman və dram əsər­lə­ri, poemalar nəzərdən keçirilir və fəsillər üzrə ümumiləşdirilirdi. 60-70-ci illərdə  Vətən Müharibəsi mövzusuna elmi maraq artdı və yeni-yeni monoqrafiyalar yarandı. Lakin Bəkir Nəbiyevin bu əsə­ri öz elmi əhəmiyyətini saxladı, cavan alimlər onun tədqiqat istiqa­mə­tini davam etdirdilər.

Bəkir Nəbiyevin elmi fəaliyyətinin ən coşğun dövrü müstə­qil­lik illərinə təsadüf edir. Bu illərdə onun elmi marağının əsas isti­qa­məti istiqlalçı milli poeziyanın tədqiqi ilə bağlı olmuşdur. Al­i­min  Almas İldırıma, Əhməd Cavada, Xəlil Rzaya həsr etdiyi mo­noqrafiyaları bir silsilə təşkil edir və poeziyanın xalq taleyi ilə bağ­lı­lığını dərindən açıb göstərir.

 “Əhməd Cavad”. Müstəqillik illərində  Bəkir Nəbiyev ak­tiv ədəbi tədqiqatlar aparmış, sovet dövründə ədalətsiz olaraq tən­qid və repressiya olunmuş şair Əhməd Cavad haqqında ilk mo­noq­ra­fik əsərlərdən birini yazmışdır.[4] Xalq şeiri üslubunda yazan bu şair Demokratik Cümhuriyyət dövründə milli hərəkatda ya­xın­dan iştirak etmiş, öz xalqının hakimiyyətini tərənnüm edən əsərlər yaz­mışdı. Ona görə sovetləşmədən sonra bolşevik məfkurəli tən­qid­çi və şairlər onu sevmir və millətçi kimi damğalayırdılar. 1937-ci ildə şair əsassız olaraq güllələnmişdi.

 Ona görə Bəkir Nəbiyevin bu monoqrafiyası  Əhməd Cava­dın ədəbiyyat tariximizdə ədalətli yerinin bərpa olunmasında mü­hüm bir addım idi. Əsərdə şairin tərcümeyi-halı, kitabları dərin­dən araşdırılır və yüksək elmi qiymətini alır. Alim şairin poez­iy­a­sın­da­kı kədərin tarixi mənasını Demokratik Respublikanın dağıl­ma­sın­da görür, onun əqidəsini, milli hisslərini yüksək qiymət­lən­dirir.

“Didərgin şair”. 90-cı illərdə elmi fikir qarşısında duran mü­hüm problemi - mühacirət ədəbi irsini öyrənib ədəbi döv­riy­yəyə qaytarmaq işiylə alim fəal məşğul olmuşdur. Bütün ədə­bi fəaliyyəti boyu müasir poeziyanın araşdırılmasına önəm ve­rən alim, əhatəli mühacirət ədəbi irsindən  ən istedadlı şairlərdən biri olan Almas İldırımı seçmiş,  bu barədə yazdığı  monoqrafiya 1995-ci ildə kitab şəklində işıq üzü görmüşdür. Sonrakı dövrdə öz araş­dırmalarını davam etdirən alim, didərgin şairin şəxsi arxiv­lər­də saxlanan, Türkiyə, İran, Türkmənistan, Dağıstan mətbuatında dərc olunmuş əsərlərini, haqqında  yazılan materialları  da top­la­mış və kitabın 2005-ci ildə baş tutan ikinci təkmilləşdirilmiş nəş­rin­də[5] bu materialları da araşdırmaya cəlb edərək öz monoq­ra­fi­ya­sı­nı daha da təkmilləşdirmişdir.

Alim mühacirət və qəriblik anlayışlarını geniş mənada g­ö­t­ü­rmüş, kitabın əvvəlinə “Azərbaycan ədəbiyyatında qürbət liri­ka­sı” adlı qısa, lakin çox mənalı bir hissə əlavə etmişdir. Burada folk­lor­dan Füzuliyə, ondan Məhəmməd Hadiyə qədər olan ədə­biy­ya­tımızda  didərginlik və qürbət motivləri ilə bağlı lirik nü­mu­nə­lərə qısa nəzər salınır. Alim göstərir ki, xarici istilaçıların zül­mü xalqın düşünən qabaqcıl adamlarının, xüsusilə əhali içərisində söz sahibi olan şair və yazıçıların da  təqib olunması, yurd-yu­va­larından didərgin düşmələri ilə tamamlanmışdır.

Monoqrafiyada təəssüflə qeyd olunur ki, sovet dövründə Bö­yük Vətən Müharibəsindən sonra çıxan “Azərbaycan  sovet ədə­biy­yatı tarixi” kitablarında Almas İldırımdan nəinki bəhs edil­mə­miş, bu adda şairin adı belə tutulmamışdır. Bu, kommunist parti­ya­sına nökərçilik edən tendensiyalı, vulqar ədəbiy­yat-şü­nas­la­rın milliyyətçi şairə qərəzli və konyunktur münasibətinin nəti­cə­si idi. Belə qərəzkar qələm adamları Almas İldırıma artıq otu­zun­cu illərin əvvəllərindən qənim kəsilmiş və onun yaradıcılığını pro­le­tar məfkurəsindən uzaq olduğu üçün danmağa və gözdən sal­ma­ğa çalışmışlar.

Almas İldırımın yaradıcılığına əsil qiyməti  onun mü­ha­ci­rət­də fəaliyyət göstərən qələm yoldaşları vermişlər. Ədibin Ba­kı­da çıxan “Dağlar səslənirkən” kitabı mənfi qiymət alsa da, 1936-cı ildə  İstanbulda çıxan “Boğulmayan bir səs” kitabı geniş və obyektiv müqəddimə ilə işıq üzü görmüşdü. Bu müqəddimədə Al­mas İldırım milliyyətçi və vətənpərvər Azərbaycan ədə­biy­ya­tı­nın istedadlı yazarı kimi təqdim olunur və milli mücadilə b­a­xı­mın­dan onun mübariz lirikasının əhəmiyyəti, mübariz gəncliyin tərbiyəsi üçün dəyəri ətraflı səciyyələndirilirdi. Bəkir Nəbiyev bu kitab haqda yazır: “Bütünlükdə “Boğulmayan bir səs” kitabındakı şeirlər də, Almas İldırımın özünün oxucularına müraciəti də başdan-başa  Azərbaycanın sovet imperiyasının əsarətindən xilas olması ideyası ilə aşılanmışdır”.

Almas İldırım sözün həqiqi mənasında öz ədəbi şöhrətini, kitablarını gözü dolusu görməyən bir sənətkar olmuşdur. Bütün siyasi mühacirlər kimi onun da qürbətdə - Türkiyədə  keçən ömrü ağır maddi və mənəvi məhrumiyyətlər içərisində yaşanmışdır. Bu isə ona vətəndən uzaqda kitablarını buraxdırmağa, əsərləri haqqında elmi, tənqidi fikirlər eşitməyə imkan verməmişdir. Onun Sovet İttifaqının tərkibində olduğumuz dövrdə bir kitabı, öz sağlığında Türkiyədə isə 1936-cı ildə bircə kitabı çıxmışdı. 1952-ci ildə vəfat etdikdən bir il sonra,  yəni 1953-cü ildə onun Türkiyədə “Seçilmiş əsərləri” işıq üzü görmüşdür.

Bəkir Nəbiyev öz kitabında bu nəşri ətraflı təhlil etmiş, ona  əhatəli müqəddimə yazmış Əbdülvahab Yurdsevərin elmi əməyinə, şairə verdiyi dəqiq  qiymətlərə görə ona minnətdarlıq etmişdir. Ə.Yurdsevər şairin poeziya amalını qısaca belə səciyyələndirir: “O, tamamən Azərbaycan və türklük üçün yaşamış və çalışmışdır”. B.Nəbiyev haqlı olaraq qeyd edir ki, Almas İldırım haqqında bəhs edən bütün sonrakı tədqiqatçılar  və jurnalistlər “Seçilmiş əsərlərin” 1953-cü il nəşrinə əsaslanmışlar. Burada Feyzi Ağüzümün verdiyi  “tərcümeyi-hal” da  sonrakı tədqiqatçılar tərəfindən təkrar edilmişdir.

Monoqrafiyanın son variantında Bəkir Nəbiyev  şairin bioqrafiyası ilə bağlı materialları toplayıb ümumiləşdirmiş və onun, xüsusilə Bakı dövrü həyatının doğru elmi mənzərəsini yarada bilmişdir. Uşaqlığı Çəmbərəkənddə keçən gələcək şair orta tacir ailəsində doğulmuş, dövrün öz yaşıdı olmuş aparıcı şair və yazıçıları ilə dostluq etmişdir. Lakin onlardan şairə vaxtilə ən yaxın olanı - Süleyman Rüstəm hələ 1927-ci ildən başlayaraq, onun haqqında  “sinfi düşmən” kimi bəhs etmişdir. S.Rüstəm o zamanlar “Qızıl qələmlər” cəmiyyətinin rəhbəri olduğundan, onun bu mövqeyi həm ədəbi mühitdə, həm də bu mühiti idarə etmək və nəzarət altında saxlamaq istəyən Dövlət Siyasi İdarəsindəki dairələrdə müəyyən rəy yaratmışdır. Sonralar Almas İldırımda sovet proletar ədəbiyyatı platformasına rəğbət əlamətləri görsənəndə belə, ona hücumlar davam etmişdir. Yaşca Almas İldırım  cavan proletar kadrları nəslinə - S. Rüstəmə və S. Vurğuna yaxın idi. Lakin onu  o zaman proletar yazıçısı platformasına zidd sayılan yaşlı “cığırdaş” müəlliflər sırasına salmışdılar. Bunun səbəbi o zaman müsavat ideyalarına rəğbət bəsləyən gəncliklə proletar platformasına tərəfdar cavan ədiblər arasındakı qütbləşmə idi. Bu qütbləşmə o zaman bolşevik partiya orqanları, onların təbliğatla məşğul olan kadrları tərəfindən qızışdırılırdı. Nəticədə 37-ci ildə cığırdaş sayılan qələm adamlarının hamısı fiziki cəhətdən məhv edildi və bu, milli ədəbiyyatımızın faciəsi oldu.

Almas İldırım 1935-ci ildə Azərbaycanı tərk edib İrana getməli oldu. Amma bundan əvvəl onu Dağıstana, Dərbənd şəhərinə, ordan isə Türkmənistanın paytaxtı Aşqabada sürgün etmişdilər. Lakin bu sürgünlər zamanı o, yenə də bolşevik siyasi orqanlarının nəzarəti altında olmuş və haqqında ifşaedici və alçaldıcı məqalələr çıxmışdır. Bu məqalələrin əsil təşkilatçısı  milli hərəkatın qalıqlarına qarşı mübarizə aparan məxfi orqanlar idi. Onu türkiyəpərəst və müsavatçı sayılan Əhməd Cavadla bir cərgəyə qoyur və sinfi düşmən kimi, türk millətçiliyi fikirlərinin təbliğatçısı kimi damğalayırdılar.

1935-ci ildə Almas İldırım böyük çətinliklərlə İrandan Türkiyəyə gəlir və ömrünün son 17  ilini bu ölkədə yaşayır. Bəkir Nəbiyev göstərir ki, əvvəllər bir sıra maddi və məişət çətinliklərinə baxmayaraq, Almas İldırım orada mənzillə təmin edilir və  yaradıcılıq üçün rahat şərait tapır. Lakin bir sıra şeirlərindən görünür ki, Almas İldırım  Türkiyədə də özünü qürbətdə saymış və mənəvi cəhətdən  özünü narahat hiss etmişdir. Bunun mühüm səbəbi onun  böyük ustası olduğu Azərbaycan şeir dilindən və xalq danışıq dilindən uzaqlığı idi. 20-30-cu illərdə Almas İldırım sadə Azərbaycan dilində yazan ən aparıcı şairlərdən biri sayılırdı. Vətən, torpaq, ana həsrəti onun şeirlərinin əsas motivlərindən idi:

 

Mən deyirdim ki, bir gün varıb  ana yurduma,

Öpərsiniz anamın toz basmış məzarını.

Gözlədiyim o gündə mən ölmüş olsam belə,

Siz mənsiz gəzərsiniz Bakının Xəzərini.

Bəkir Nəbiyev monoqrafiyada Almas İldırımı Azərbaycan mühacirlərinin taleyinin lirik tərcümanı kimi təqdim edir. Onun poeziyasındakı ağır kədər, nisgil, həsrət və faciə motivləri müasirlərinin heç birində olmayan təsir qüvvəsi ilə ifadəsini tapmış, xalqımızın demokratik respublikadan sonrakı faciələrinin parlaq poetik təcəssümü olmuşdur. Şairin poeziyamızın tarixindəki yerini Bəkir Nəbiyev ilk növbədə bunda görür.

“İstiqlal şairi” monoqrafiyası[6] 1988-1992-ci illərdə baş vermiş xalq hərəkatının öndərlərindən biri, şair Xəlil Rzaya həsr edilmişdir. Alim Xəlil Rzanı həm də bir dost kimi tanıyırdı, onlar universitet yataqxanasında bir otaqda qalmışdılar.  Ona görə alim Xəlil Rzanın təkcə yaradıcılığını deyil, həyat yolunu, bioqrafiyasını da bütün incəliklərinə qədər qələmə ala bilmişdir. Xəlil Rza çılğın bir şəxsiyyət, çoşğun ilhamlı bir şair idi, sovet rejimi ilə üzücü və qeyri-bərabər mübarizələr aparmış, zindan əzablarını yaşamışdı.

Xəlil Rzanın yaradıcılığı da onun şəxsiyyəti kimi tükənməz və böyükdür. Bəkir Nəbiyev əsas diqqətini şairin istiqlalçılıq ideyaları ilə əlaqələrinə və bu mövzunu necə işləməsi məsələlərinə yönəltmişdir. Bu problemlər şairin lirikası ilə yanaşı, onlarla lirik poemalarında  davam etdirilmişdir. Ona görə alim, Xəlil Rzanı həyatını milli istiqlal ideyalarına həsr etmiş bir sənətkar kimi təqdim etməyə çalışır və buna nail olur.

Monoqrafiyada ciddi yer tutan digər mühüm mövzu şairin Cənubi Azərbaycanın taleyinə həsr etdiyi poemalarıdır. Bu qiymətli əsərlərin çoxu avtobioqrafik xarakter daşıyır və onlarda şairin öz möhtəşəm obrazı da diqqəti cəlb edir. Xəlil Rza cənubla şimalın birliyinə, xalqımızın azadlıq taleyinə dərindən inanan bir yaradıcı idi.

 Məhz müstəqillik dövründə alim Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Yorulmaz ədib Nizami adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışaraq, elmi təd­qiqat­ların təşkilinə, yeni ədəbiyyatşünas kadrların hazır­lan­ma­sı­na böyük enerji sərf etmişdir.

 

[1] Bax: Nəbiyev Bəkir, Xəzan vurmasın, Bakı, 2006.

[2] Nəbiyev Bəkir, Görkəmli tənqidçi və ədəbiyyatşünas, B., Elm, 1963

[3] Nəbiyev Bəkir, Böyük Vətən Müharibəsi və Azərbaycan ədəbiyyatı”, B., Elm, 1977

[4] Əhməd Cavad, Gəncə, 1993.

[5] Nəbiyev Bəkir, Didərgin şair, B., 1995

[6] Nəbiyev Bəkir, İstiqlal şairi, B, Elm, 2001.