Qız adın daşımaq səninçün deyil,

"Qızlıq dünyası"na ləkəsən, gözəl!
Görüm bu dünyada ömrün uzunu
Kədərli olub dərd çəkəsən, gözəl!

Kar olsun qulağın, lal olsun dilin,
Tökülsün saçların, əyilsin belin.
Getsin, qayıtmasın geri sevgilin,
Gözünü yollara dikəsən, gözəl!

Bütün bədənini bürüsün irin,
Uzaqdan "gəl" desin qartmağın, kirin.
Ağlaya-ağlaya əzizlərinin
Ağ kəfənlərini tikəsən, gözəl!