Bir sir­daş is­tə­yi­rik
Qəl­bi­mi­zi du­ya­caq;
Tə­miz­sə - qəl­bi­mi­zi
Gə­lin özü­müz açaq.

Ac­göz ye­dik­cə açar,
Di­lən­çi­yə əl açar,
Zənn et­mə ki, ta­mah­kar
Axır bir gün do­ya­caq.

Ucal­dıq­ca biz en­dik,
Düz yol­dan ge­ri dön­dük;
Özü­mü­zü dü­şün­dük,
Özü­mü­zü biz an­caq.

Qa­na hə­ris zə­li­lər
Sor­du­ğu­nu az bi­lər;
Be­lə get­sə, ölü­lər
Mür­də­şi­ri yu­ya­caq.