Göy üzü da­mar-da­mar,

Göy­dən ye­rə nur da­mar.
Ha bax­dım göy üzü­nə,
Nu­ru gö­rə bil­mə­dim.
“Göz­lə­ri­min işı­ğı bəl­kə azal­mış”, - de­dim,
Xalq hik­mə­ti heç za­man yan­lış olam­maz de­yə
Bir da­ha bax­dım gö­yə.
Gör­düm, vı­zıl­tı­lar­la uçan bir anaş arı
Qon­du gül lə­çə­yi­nə.
Dü­şün­düm: “bu arı­nın mə­ra­mı nə, qəs­di nə?”
Qı­zıl gül di­lə gəl­di
(Ya mə­nə elə gəl­di):
“Göy­dən enən o nu­ru gö­rə bil­mək­çün sə­nə
Üçün­cü göz gə­rək­dir,
Göy­dən enən nur se­li yer­də çi­çək-çi­çək­dir,
Gö­zəl­lik­lər önün­də bu an hey­rət­də­yəm mən.
Çıx­maq da müm­kün de­yil, gör­dü­yüm gö­zəl­li­yin
Sir­li ca­zi­bə­sin­dən.
Gö­zəl­li­yə hey­rə­tim baş­qa göz ver­di mə­nə,
Gör­mə­di­yim nu­ru da o göz gös­tər­di mə­nə,
An­la­dım, üçün­cü göz mə­nim kö­nül gö­züm­dür.
O göz ilə ba­xan­da ge­cə də gün­dü­züm­dür,
O göz ilə ba­xan­da mən yal­nız üzü de­yil,
Həm də özü gö­rü­rəm.
Bi­rə ba­xıb o bi­rin ar­xa­sın­da giz­lə­nən
Onu, yü­zü gö­rü­rəm.
O göz ilə ba­xan­da daş­da da, tor­paq­da da,
Ot­da da, yar­paq­da da,
Dü­zən­də də, dağ­da da,
Qa­ra­da da, ağ­da da
Mən özə­yi gö­rü­rəm.
Bu gü­nə bax­maq ilə gə­lə­cə­yi gö­rü­rəm.
O göz ilə ba­xan­da, bir giz­li sirr gö­rü­rəm.
Hə­lə mis­ra­lan­ma­mış nəğ­mə, şe­ir gö­rü­rəm.
Bir nəğ­mə­dir, şe­ir­dir bu dün­ya baş­dan-ba­şa
Kö­nül gö­züy­lə bax­san.
Kö­nül gö­zün yox­du­sa, bu hik­mət­dən uzaq­san.