Hər­dən əzab sa­tar, qəm alar mə­ni,

Mə­nim bu dün­ya­da çox xa­tam olub.
Səhvlər, qü­sur­lar, xa­ta­lar mə­ni
Ye­ni­dən ya­ra­dan öz atam olub.
Xa­ta­lar üs­tün­də boy at­mı­şam mən,
Özü­mü ye­ni­dən ya­rat­mı­şam mən.

Səh­vi­mə, xa­ta­ma ha­mı­dan qa­baq
Şa­hid də, ha­kim də vic­dan­dır an­caq.
Be­lə bir məq­am­da və­kil lal olur,
Haqq kə­sir, ya­lan­sa pa­yi­mal olur.
Şa­hi­dim, və­ki­lim, ha­ki­mim də mən,
Qaç­maq müm­kün­mü­dür bu məh­kə­mə­dən?

Vic­dan şa­hid­li­yi! Kö­nül­lü dus­taq!
Özün­dən kö­nül­lü in­ti­qam al­maq!
Vic­dan şa­hid­li­yi! Bir hökmdar tək
Özü­nə çək­di­yin öz si­nə da­ğın.
Vic­dan şa­hid­li­yi! Özü­nü gör­mək,
Özü­nün özü­nə təs­lim ol­ma­ğın.

Özü­nü gör­mə­yən gör­məz öz­gə­ni,
Sö­zü­nü an­la­maz, özü­nü bil­məz.
Özü­nü bil­mə­yən bil­məz kim­sə­ni,
Əy­ri­yə əyi­lər, dü­zə əyil­məz.
Şa­hi­din, və­ki­lin, ha­ki­min də sən,
Qaç­maq müm­kün­mü­dür bu məh­kə­mə­dən?