Qa­ra­bağ­lı dos­tum, mər­hum Xu­du Məm­mə­do­vun əziz xa­ti­rə­si­nə

Qa­ra­bağ qəsb ol­du, Qa­ra­bağ əh­li
Yur­dun hər ye­ri­nə sə­pə­lən­dilər.
Bu dərddən bü­kül­dü mil­lə­tin be­li,
Bu da baş­qa qə­za, baş­qa bir qə­dər!
Göz­lə­ri yol­lar­da, si­nə­si dağ-dağ,
Biz­dən im­dad um­du o dərdli tor­paq.
Na­lə­si, fər­ya­dı alə­mi sar­dı,
Tor­paq di­lə gəl­di, fər­yad qo­par­dı:
- Kö­mək əli­ni­zi uza­dın mə­nə,
Həd­di­ni bil­di­rin za­lım düş­mə­nə!

               * * *
Ba­şı­nın üs­tün­də yır­tıq dam­la­rı
Aran­da ya­şa­dı dağ adam­la­rı.
Qa­ra­bağ ləh­cə­si, Qa­ra­bağ sə­si
Aran bür­kü­sün­də dər­bə­dər ol­du.
Bu­lan­dı dağ­la­rın bül­lur çeş­mə­si,
Tan­rı­nın qur­du­ğu ni­zam po­zul­du.
Bö­lü­nə-bö­lü­nə ki­çil­di Və­tən.
Si­nə­si dağ­la­nan, gö­zü yol çə­kən
Qa­ra­bağ göz­lə­yir, göz­lə­yir bi­zi -
Göz­lə­yir da­dı­na yet­mə­yi­mi­zi.
İl­lər uzan­dıq­ca səbr qı­sal­dı.
Qa­ra­ba­ğın gö­zü yol­lar­da qal­dı,
Bu yer­də “Gü­lüs­tan” düş­dü ya­dı­ma,
Ağır daş bağ­lan­dı qol-qa­na­dı­ma.
Gü­lüs­tan sa­zi­şi bir qan­dal ki­mi,
Keç­di qo­lu­mu­za, biz məh­kum ol­duq.
Əsir Qa­ra­ba­ğım köh­nə dər­di­mi
Sız­lat­dı, biz tə­zə dər­də tu­tul­duq.

               * * *
Sə­fə­rə çıx­mı­şıq, Şə­ki­dən bir­baş
Üzü Qa­ra­ba­ğa sür­dük ma­şı­nı.
Gör­düm ki, yol bo­yu sü­rü­cü qar­daş
Giz­lə­də bil­mə­yir öz tə­la­şı­nı.
Yol bo­yu ağ­rıy­la dü­nə­ni an­dıq.
Aşa­ğı Qər­vənddə gə­lib da­yan­dıq.
Ha­lal tor­pa­ğım­da bur­dan o ya­na
Keç­mə­yə yox bi­zim ix­ti­ya­rı­mız.
Bi­zə həs­rət qa­lıb öz di­ya­rı­mız,
Aşa­ğı Qər­vənddə du­rub yad ki­mi,
Yu­xa­rı Qər­vən­də boy­la­nan ol­duq.
Biz­dən ni­cat uman əsir ana­nın
Ha­lı­na uzaq­dan biz ya­nan ol­duq.
Bir ad­lı bu kən­dim o kən­də həs­rət!
Bu bir hə­qi­qət­dir, acı hə­qi­qət!
Am­ma hər hə­qi­qət, hər doğ­ru haq­mı?
Bu acı ger­çək­lə ba­rış­mı­şıq biz.
Də­də­lə­rin ru­hu ba­rı­şa­caq­mı?
Bu ağır su­a­la sa­bah yox, bu gün
Ca­vab ver­mə­li­dir hər nə­fə­ri­miz.