Yazdır
Üst Kategori: Azerbaycan Edebiyatı
Kategori: Azerbaycan Edibleri ve Eserleri
Gösterim: 1673

Ey nəşvəii, ey işvəli ümmid!
Lənət sana, ey afəti-cavid!
Artıq yetər, əl çək, bən usandım;
Əvvəl səni bir bakirə sandım,
Arqan sıra gəzdim yapa-yalnız,
Həp məkrinə uydum sənin, ey qız! Get!
Anladım artıq nə imişsin.
Duydum ki, nasıl fitnə imişsin.
Bir başqa dil-aşüfteyi get, bul!
Keç, get! Sıntıb durma, kənar ol!
Dəf oi ki, gözüm görmesin asla,
Yaqdın beni, ey sıtmalı xulya!
Qarşımda durub titreme, ey zili!
Bitdim, daha yoq bəndə təhemmül.
İnsan ne qədər maili-qəflət!?
Senden umuyor zevqi-səadət!
Var bir quru hikmet, o da yanlış...
Ümmid ile guya yaşanırmış!
Bir söz ki: yalan, saçma, xurafat...
Aldanmam o əfsanəyə, heyhat!..

Ey yəs! Sən ey hüzni-serazad!
Ağuşuma gəl, qıl beni dilşad!
Ruhimle beraber yaşa yalnız,
Gel qəlbimə gir, ey sarı yıldız.
Yalnız bana ol munisü hemdem!

Yalnız olayım bən sana məhrəm,
Sevdim səni, ey sevgili dilber!
Gel, ağlayalım şimdi beraber.

Çöhren müteverrim kibi küskün...
Senden çekinir her kes onunçün.
Dalgın baqışından qaçar insan,
Bilmem neden etmiş beni heyran!?
Alem seni zenn etse de çirkin,
Lakin bana sor! - bence gözelsin.
Hürr olmaq için xeyli yoruldum,
Eş kendime yalnız seni buldum.
Zira sana yar olmayan insan
Zənciri-əsarətdə verir can!
Ruhum irer ülviyyətə senden,
Sensiz ezilir, mehv olurum ben.
Qəlbimdə əgər varsa metanet,
Senden, yene sendendir o qüvvət.

Ümmid ile insanə gələn hiss,
Ya kizbü riyadır, ya tebesbüs.
Lakin sana meftun olan ehrar,
Laqeyd olur, ey yari-füsunkar!
Miskin yaşamaz, züîme tapınmaz,
Rahet ne, sefalet nedir anmaz,

Sensiz yaşasam, bağrım olur qan,
Qoş, gel bana, ey rehberi-vicdan!
Uç, gel bana, ey hemdemi-hissim,
Bir derbederim, yoq bir ənisim.
Sensiz yaşamaq bence tenezzül,
Sensiz geberirsem o da bir zül!...
Gel, ruhumu güldür de çekil, get!
Ya qəlbimi yar, parçala, mehv et!..