Gəlibdir riqqətə yenə ürəyim ,
Çatıb ümmanlara arzu - diləyim ...
Ömrümə tikdiyin imarətlərin ,
Düşər bicə - bircə daşı , ürəyim .

Min arzu - bir yazı ümüd karvanı ,
Alib ağuşuna gecə sarvanı ,
Cənnətdən pay olan gülüstanımı ,
Ay kimi tən bolüb saki , ürəyim .

Ya yazar gercəkdən , ya gələcəkdən ,
Hərdən olaylardan , bəzən keçmişdən ,
Qəlbimdə həsrətli gülüşlərindən ,
Nədən olmaz sənə paki , ürəyim ?!

Nə yaman can dedi yene yaralar ,
Sarğımı açmayın bəlkə sağalar .
Neçə belə - belə təbib - loğmanlar .
Verdilər dərmanın naşı , ürəyim .

Payız yağışları yağar könlümə ,
Bir gün günəş doğar yəqin könlümə .
Mənim olacağın yuxu könlümə ,
Dönəydi gerçəklə kaşı , ürəyim .

Rahim , hər sınağın gələr Tanrıdan ,
Gecə salam deyər , sübhə Tanrıdan .
Heç kimə vəd vermə sabahlarından ,
Bir gün sənin olmaz sevən ürəyin !
Bir gün sənin olmaz sənin ürəyin !