Fəxr etdik o gül bəlkə bizim yarımız oldu,
Tale bizə yar olmadı,əğyarımız oldu….

Aşiqlərə bülbül dedilər,biz də sevindik,
Hər bir gülə verdikdə könül xarımız oldu.

Durduq bir ümid ilə gözəllər tərəfində,
Mindən birisi bəlkə tərəfdarımız oldu.

Təkfir ilə zikr etdi bizi mollanümalər,
Zahid dediyi cənnətə inkarımız oldu.

Yar etdi cəfalar bizə,biganədən umduq,
Düşmən bizə öz sevgili dildarımız oldu.

Vahid,fələyə əyməmişik sərvət üçün baş,
Sərvət bizə öz gövhəri-əşarımız oldu.

*          *          *

Gelmese üstume yarim men ölenden sonra.
Tutmaz aram mezarim men ölenden sonra…

Hansi gülcöhreni meshuri-cahan eylemedim.
Qoy desin sanli diyarim men ölenden sonra?!…

Gördüyüm her gözeli sövq ile tesvir eledim.
Sen de xatirla,nigarim,men ölenden sonra…

Vetene,xalqa calisdim,ebedi xidmet edem.
Solmasin bagu baharim men ölenden sonra…

Asiqem senete,sere ve gözel musiqiye.
Dillen,ey sevgili tarim,men ölenden sonra…

Vahidem,qaldi sözüm dehrde bir dürr kimi.
Yasayar elde süarim men ölenden sonra…