oturmuşam köyümdə
şadam, adam içində
adam adam cibində
adam adam içində...
 
ormanı gəzmək peşəm,
ancaq buna vərdişəm
mən meşədən gəlmişəm,
yadam, adam içində...
 
bu kəndə, dərd yürüdü
diriləri, ölüdü..
anam, göydə pəridi
atam, adam içində...

adamlar bir biçımdə,
meyvəsi, sirr biçimdə,
adam, badam içində
badam, adam içində...