Türk haqdır,haqqıyla haqqa tapandır,
Kim demiş haqqımız yalan-dolandır.
Sən bir gəz görginən türk diyarını,
Gör necə haqqına sahib çıxandır.

Türk haqdır,haqqıyla haqqa tapandır,
Hiylə və yalandan uzaq durandır.
Ey qafil! aldanma qərbin sözünə,
Çünki o,hər kəsi darda qoyandır.

Türk haqdır,haqqıyla haqqa tapandır,
Mərdliyi,ərliyi haqla biləndir.
Ya var ol türklüklə,ya da ki,yox ol,
Əks halda,başqa bir çarəniz yoxdur.

Türk haqdır,haqqıyla haqqa tapandır,
Dostunu düşmənə heç satmayandır.
Ey türkə qərəzli düşmən olan kəs
Türklərdən sizlərə qurtuluş yoxdur.

Türk haqdır,haqqıyla haqqa tapandır,
Dilin və tarixin uca tutandır.
Heç zaman,heç bir an döyüş yerindən
Qaçmadan,vuruşan tək ulu soydur.