Anam məni mərd doğubdur
Atam səngər, anam çöl.
Anam mənə döyüş deyib,
Əsir düşmə, oğul, öl....
Hər yatanda layla demir, marş oxurdu anam hey,
Cəbhə boxçamı yığıb, nəsihətlə dedi: “Ey!
Qorxun sənə düşmən olsun, cəsarətin həmdəmin.
Qalib gəlmək hünər istər, Mübarizdən öyrənin.
Qəzəb, nifrət, lənət yağdır silahından düşmənə,
Öz elinə sən dayaqsan, iftixarsan bil mənə.
Əsgərlərdir qardaşların, zabitlərdir dostların.
Qardaşlıqda sən möhkəm ol, dostlarına arxa ol.
Qoy çiynindən möhkəm tutsun hər yorulmuş, xəstə qol.
Oğul səni uşaqlıqda bələyərdim mən yaşıl,
Odur ki, sən cəbhədəki dostlarına tez qoşul.
Müjdə gətir qələbədən, soraq gətir zəfərdən,
Qazi olan oğluma mən döşək tikim xəzəldən.
Qoy gecələr ayıq yatsın, düşmən ondan gen qaçsın.
O gün olsun oğlun sənə əsgər əlin uzadsın.
Sən də baxıb fəxr edəsən, sevinəsən, güləsən,
Çünki qalib ordunun müzəffər zabitisən".

(Əzizağa Nəcəfzadə)