Yenə kaman kimi çəkib qaşların,
Quldur baxışları vay məni gözlər.
Dağıdıb könlümün baxçasın, barın,
Yaxıb yandırmağa xərməni gözlər.

Əlindən kim qaçdı canın qurtardı,
Hər yanda min yanan, min min alışan.
Dağıdıb tellərin edib pəriyşan,
Qəlb evin yıxmağa şanəni gözlər.

Həsrəti lalənin bağrın dağlayıb,
Şövqundan gül gülüb, bulud ağlayıb,
Yığıb dalısında dəstə bağlayıb,
Sünbülü, nərgizi, sürməni gözlər.

Zülfləri qapqara, üzü aypara,
Nazı, qəmzəsindən ürəklər yara,
Qüdrətdən çəkilib qaşlara qara,
Neyləyir, neyləyir sürməni gözlər.

Baxışı, gülüşü, hiyləsi, fəndi,
Qatıb qatışdırıb püstəni, qəndi.
Bilmirəm ilk əzəl kimdən öyrəndi,
Çəmxəmi, işvəni, qəmzəni gözlər.

Sordum, şərmdəndir bu ya nixvətdən,
Başını qovzayıb baxmaz əbədən.
Dedilər özüylə dəyil, xilqətdən,
Şiyvadan alıb bu şiyvəni gözlər.

Eşqi ürəyimdə talan qopardı,
Səbir qərarımı çapdı apardı.
Vurğun olmasaydı nəyə yazardı,
Səhənd bu qoşmanı, nəğməni gözlər.

(GÖZLER


Yine keman gibi çekildi kaşları,
Haydut bakışlı, vay beni gözler.
Dağıttı gönül bahçesini, duvarını,
Yakıp yandırdı harmanımı gözler.

Elinden kim kaçıp canını kurtardı,
Her yanda bin yanan, binlerce alışan.
Dağıttı tellerini, etti perişan,
Kalp evini yıkmaya yetti gözler.

Hasreti lalenin bağrını dağladı,
Şevkinden gül güldü, bulut ağladı.
Yığdı dallarını, deste bağladı,
Nergisi, sümbülü, sürmeli gözler.

Saçları kapkara, yüzü ay parçası,
Gamzesindeki nazı yürek yarası.
Güçten düşürüp de kaşlara kara
Neyliyor, neyliyor sürmeli gözler.

Bakışı, gülüşü, hilesi, fendi,
Katıp karıştırdı köyü, kenti.
Bilmem ilk kez kimden öğrendi,
Konuşmayı, işveyi, gamzeyi gözler.

Sordum bu ya hayır ya şerdir,
Başını sokup çıkarmaz ebediyen.
Dediler kendi değil, yaratılıştan,
Doğuştan almış cilvesini gözler.

Aşkı yüreğimde talan kopardı,
Sabrıma vurdu da kopardı.
Aşık olmasaydı neye yarardı,
Sehend bu koşma, nağme gözler. )