Açıq qabaq, alma yanaq, bal dodaq,
Canlar alan o canânım özgǝdir.
Hǝr aşıq öz sevgisindǝn danışar,
Lâkin mǝnim şirin canım özgǝdir.

Çox gözǝllǝr dünyaya gǝlib kǝçib,
Çox sonalar bu gölǝ qonub uçub.
Çox cüyürlǝr bu bulaqdan su içib,
Mǝnim sonam, şuh ceyranım özgǝdir.

Tellǝrini ağ üzündǝn yan verir,
Kipriklǝri süngü kimi san verir.
Çox vurgunlar yar yolunda can verir,
Mǝnim yolsuz can alanım özgǝdir.

Gül üzü gülşǝndi, baxçadı, bağdı,
Dodağı bal ilǝn qarışmış yağdı.
Doğma vǝtǝnimin hǝr yanı dağdı,
Sǝhǝnd ilǝn Savalan'ım özgǝdir.