Bir millət hayqırır uzaq qürbətdən,
Hayqırır dünyaya ayrıldım yurddan.
Qəddarlar ayırmış dırnağı ətdən,
Başları gurbətdə çıxmayır dərddən.

Fəqan fəryadlardan inlər kainat,
Zalımlar şərt qoşar edərlər inad.
Qərarmış yazılar, qərarmış həyat,
Kimsə sahib çıxmaz və örtməz qanad.

Qürbət əsarətdir, gürbət cəhalət,
Qürbət zulüm, zülmət, qürbət səfalət. 
Bu sözlər yaşanmış, deyil kəhanət,
Haqsızlığa susmaq, haqqa xəyanət.

Quruyub bağ baxçan dönmədən çölə,
Qanadlan bir can ol, kim səni bölə.
Türk nəsli hür yaşar gərək hür ölə,
Yırt qürbət pərdəsin, olma sən kölə.

Yetər bunca fəqan, ayrılıq, fəryad,
Özgələrdən gözləmə, arama imdad.
Səndədir güç qüdrət, əlində səadət, 
Poz hörümcək ağını, at üstündən at,

Yetər xor münasibət, bunca həqarət!
Səndə Vətən eşqi, səndə hərarət,
Səndə ümud, iman, səndə cəsarət,
Səni tuta bilməz heç bir əsarət.

Hay vur göy titrəsin, aç yeni çağı,
Ah çəkip gözləyir ana qucağı,
Sənə yaraşırmı qürbət batağı?
Yıx! Tütsün yenidən Vətən ocağı.

Unutma! Ürəyi dağlı Vətəni,
Tarix unudurmu heç unudanı?
Xatırla keçmişi, özünü tanı!
Gələcək sorğular bu gün Vətəni.

Sənindir bu Vətən, sənindir torpaq,
Tək sənə aiddir, sənindir bu haqq.
Qazan toprağını, üzün olsun ağ,
Uzandı bu qəflət, oyan a millət qalx!