Xaqanlı xalq idik,xaqanım hanı?

Dagları titrədən türk ordum hanı?

Bir vaxtlar millətdik,bölündük artıq,

Dünyayı fəth edən millətim hanı?

 

Yoxluğu qaldıran dövlətim hanı?

Yağıyla vuruşan mərdlərim hanı?

Ey Tanrı!bilirəm,soluruq artıq,

Dünyaya səs salan türklüyüm hanı?

 

Bizləri bir tutan bozqurdum hanı?

Dastanlar yazdıran tarixim hanı?

Bumuydu tarixin verdiyi qiymət,

Göylərə yüksələn Turanım hanı?

 

Soyuna soy qatan xatunlar hanı?

Soyuyla fəxr edən bəyliyim hanı?

Unutduq zamanla biz özümüzü,

Türklərə güc verən Göy Tenqrim hanı?