Nə qərbə,nə şərqə meylimiz vardır,

Nə ərəb,nə rusa sevgimiz vardır.

Biz ki,ilk baxışdan türk doğulmuşuz

Türklükdən alınan gücümüz vardır.

 

Nə zülmə,zalimə əlimiz açdıq,

Nə də ki,düşmənin önündən qaçdıq.

Biz ki,bil əzəldən o türklərik ki,

Böyük Çin səddini birliklə aşdıq.

 

Nə daşa,nə başa ibadət etdik,

Nə bütə,nə itə biz boyun əydik.

Biz ki,bil Tanrıya qan-canımızla

Itaət eyləyən tək hür millətik.

 

Nə rusdan çəkindik,nə ingilisdən,

Nə çindən öyrəndik,nə də ərəbdən.

Biz ki,ilk qədim türk əlifbasını

Sevərək,öyrənən toplumuz başdan.

 

Nə qorxu bilirik,nə də ki,şiddət,

Nə alçaq deyilik,nə də ki,namərd.

Biz ki,ər,mərdliyin dastanın yazan

Tək və hür millətik,türkük bil,əlbətt.