Bilən bilir,nələr çəkib cavan yaşım,

Cavanlıqda ağartdım mən saçım,başım.

Səhvlər etdim düşünmədən,çatdı qaşım,

Heç bilmirəm mən bunları necə aşım.

 

Bilən bilir,dönük çıxdı dost,sirdaşım,

Hər arxadan vurdu məni can yoldaşım.

Bu nə dünya,bu nə aləmdir qardaşım?!

Söylə indi olanlarla necə barışım?

 

Bilən bilir,aldatıldı vətəndaşım,

Qoymadılar yurdumda qalsın bir daşım.

Satdılar həm torpağımı,həm yaddaşım,

Söylə necə,nə uğruna mən savaşım?