Naxçıvan sakini,azəri oğlu,

Bu yurdun,torpağın mərd,igid oğlu.

Hər zaman,hər bir an deyər millətin:

“Əbülfəz Elçibəy fəxrimiz bizim”

 

Həyatın keçibdir keşməkeş ilə,

Hər cürə əzab və əziyyət ilə.

Bunları bilərək,deyir millətin:

“Əbülfəz Elçibəy fəxrimiz bizim”

 

Həyatda əymədin boyun bir kərə,

Səbr edib,şükr edib,dözdün min kərə.

Bu üzdən sevərək,deyir millətin:

“Əbülfəz Elçibəy fəxrimiz bizim”

 

Keçdiyin bu yolda tanrı sevgisin

Qazanıb həyatda,oldun sən mətin.

Bununçün həmişə deyər millətin:

“Əbülfəz Elçibəy fəxrimiz bizim”

 

Tanrının istəyi və lütfu ilə,

Qurdun ilk dövləti zəhmətin ilə.

Bu səmtlə ürəkdən deyir millətin:

“Əbülfəz Elçibəy fəxrimiz bizim”