Damarımda qanımsan Azərbaycan-Türkiyə!
Sən vətənim,canımsan Azərbaycan-Türkiyə!
Yurd salmısan qəlbimdə gözəl saray şəklində
Bax bu cür sarayımsan Azərbaycan-Türkiyə!

Sərvətimsən,varımsan Azərbaycan-Türkiyə!
Həm eşqim,həm yarımsan Azərbaycan-Türkiyə.
Ayrılmaram mən səndən çətinliyə düşsəmdə
Bil ki,bağlıyam sənə Azərbaycan-Türkiyə!

Sən ülkü ocaqımsan Azərbaycan-Türkiyə!
Dirəniş şüarımsan Azərbaycan-Türkiyə!
Şərəf,namus,qürurla yaşamağı elində
Sən öyrətdin bizlərə Azərbaycan-Türkiyə!

Oğuz elin yurdusan Azərbaycan-Türkiyə!
Tarix yazan qolusan Azərbaycan-Türkiyə!
Nə tez yaddan çıxartdın düşmənlərin yurdunda
Qılıncla,at oynadan Azərbaycan-Türkiyə!

Sen türklerin tacısan Azərbaycan-Türkiyə!
Türk dünyasın taxtısan Azərbaycan-Türkiyə!
Bir gün geler bu dünya diz çökəcək önündə
Çünki cahana şahsan Azərbaycan-Türkiyə!