Bir dünya istərəm ədalətiylə
Həyata sevməyi öyrətsin bizə.
Insanlıq dərsini alıb da ondan
Tanrıya bağlasın kəramətiylə.

Bir dünya istərəm tək zəhmətiylə
Ucaltsın insanı göyə,zirvəyə.
Nə şərin,nə zülmün ətəklərindən
Tutub da,etməsin zülm,əliylə.

Bir dünya istərəm mərhəmətiylə
Məzlumun yanında olsun hər yerdə.
Həm haqqı söyləyib,həm əməl etsin,
Verməsin zalimə dəstək,diliylə.

Bir dünya istərəm hürriyyətiylə
Yaşatsın,bölməsin bizi irqlərə.
Nə kəssin,nə töksün boş yerə baş,qan
Eyləsin şad bizi fəzilətiylə.