Oğuz xan nəvəsi türk oğlu türkəm!
Bozqurddan törəyən hun türküyəm mən.
Namusum,şərəfim türklükdür kəsin,
Türklüyə kəm baxan çox yaşar çətin.

Atatürk əsgəri türk oğlu türkəm!
Yolunda ölməyə hazır igidəm.
Soyum da,qanım da bəllidir mənim,
Yox olsun soyları çürük kəslərin.

Azəri əsilli türk oğlu türkəm!
Başbuğlar diyarı Turandan mən.
Elimə,yurduma böyükdür sevgim,
Uğrunda şərəfdir canımı verim.

Hürriyyət varisi türk oğlu türkəm!
Müstəqil türk elin hürr bir gənciyəm.
“Göy Tenqri”inancı olub əqidəm,
Demək ki,türklükdür məni yüksəldən.