(Ümummilli liderimiz Məmməd Əmin Rəsulzadənin əziz xatirəsinə ithaf edirəm)

İsgəndərin şöhrəti bil ki,onda,
Çingiz xanın qüdrəti vardır onda.
Məmməd Əmin olmağına şükr edib,
Millətiylə öyünməyi var onda.

İsmayılın gənclik taleyi onda,
Napalyonun müdrikliyi var onda.
“Məmməd”adı qoyulmayıb təsadüf,
Bu millətin atasıdır o,yurdda.

Attilanın şux qaməti var onda,
Oğuz xanın fatehliyi bil onda.
Odur bilin bu millətin öndəri,
Heç boş yerə cəmlənməyib bu onda.