Bu millətin acı-doğru, toxu-oğru.
Aclarına acıyıram,
Mən toxuna utanıram.
Ölün varsa, vay halına!
Arxa çevir düzlüyünə, amalına!
Bir qəbirlik yer almaqçın
Ətək-ətək rüşvət gərək!
Haqq evinə gedəndən də haqq istəyən
Şərəfsizə nə deyim mən?
Ölüm-ucuz, həyat-baha,...
İndi ölüm, yaşamaqdan min qat baha!
O da haqdır, bu da haqdır.
Mənim kimi binəvanın
Son əlacı utanmaqdır.